Naxçıvan cəbhəsindən ziddiyyətli xəbərlər

12.06.2014 - 11:21

Ermənilərin Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib post qurduğu iddia
edilir; hərbçi ekspert Naxçıvana hücumu Ermənistanın uydurması sayır,
Müdafiə Nazirliyi isə “hər şey nəzarətdədir” deyir

İyunun
11-də cəbhədən həyəcanlı xəbərlər gəlib. Naxçıvanda əsgərlərin arxa
cəbhədən yüksəklikdəki döyüş bölgələrinə qaldırılması barədə məlumatlar
yayılıb. Simsar.az-ın Naxçıvandakı hərbi mənbədən əldə etdiyi məlumata
görə, artıq bir həftədir bütün əsgərlər həmin yüksəkliklərdə
möhkəmləndiriliblər. Buna səbəb ermənilərin intensiv olaraq
mövqelərimizi atəşə tutmasıdır.

Hərbi mənbə ermənilərin
Naxçıvana hücum etməsi faktını da təsdiqləyib. Ermənilərin niyə bu qədər
fəallaşmasına da aydınlıq gətirilib. Əsas səbəb ötən həftə Azərbaycan
tərəfinə  keçmək istəyən diversiya qrupunun iki nəfərinin öldürülməsi
olub. Məlumata görə, Sədərək, Culfa və Şahbuz rayonlarındakı
mövqelərimizdə qızğın döyüşlər gedir. Ermənilər mövqelərimizi iri çaplı
pulemyotlardan atəşə tutsa da, əsgərlərimiz onların cavablarını
verirlər. Atışma zamanı yaralananların olması istisna edilmir.
Məlumatda
bildirilib ki, xidmət müddəti başa çatmış əsgərlər buna görə evə gec
buraxılacaq: “Hələ ki vəziyyət gərgindir, bu vəziyyətdə təcrübəli
əsgərləri evə buraxmaq olmaz”.
Culfa rayonunun
Ləkətağ kənd sakinləri simsar.az-a ermənilərin hücuma keçməsi xəbərini
veriblər. Dinc sakinlər kəndi tərk etmək məcburiyyətində qalıblar. Hətta
digər məlumatda bildirilir ki, ərazidəki Kola adlı yüksəkliyi ermənilər
nəzarətə götürüblər.  Avropa.info isə məlumat verir ki, yerli
sakinlərin verdiyi məlumata görə, hazırda əraziyə Azərbaycan ordusuna
məxsus 4 qırıcı və tanklar cəlb olunub. 
Naxçıvanlı
jurnalist Həkimeldostu Mehdiyevin “Yeni Müsavat”a verdiyi məlumata
görə, ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirib və post
qurublar.
Onun sözlərinə görə, əvvəllər bu
yüksəklik neytral zona olub, hər iki tərəf arasındakı anlaşmaya görə
burada azərbaycanlı və erməni çobanlar öz mal-qarasını sərbəst şəkildə
otara bilər. Həmkarımızın xəbərinə görə, artıq ermənilər neytral ərazidə
post qurublar, çobanlarımız təhlükəni hiss edərək bu yüksəkliyi tərk
ediblər.
“Hər iki tərəf arasında razılaşma
beləydi ki, atışma olmasın, Ləkətağda çobanlar mal-heyvanını otarsın.
Bizimkilər birdən ayılıb ki, Ləkətağ əldən gedir, ermənilər artıq orada
postlar qurublar. Əhali narahatdır. Təxminən, 1992-ci ildə Naxçıvanın
Sədərək rayonundakı Mil təpəsinin oxşar taleyini indi Ləkətağ yüksəkliyi
yaşayır. O zaman da Mil təpəsi neytral ərazi idi. Bu postu ermənilər
ələ keçirdilər, Naxçıvan xeyli sayda şəhid verdi. İndiyə qədər də Mil
təpəsində ermənilərin postu var və oraya nəzarət edirlər. Hazırda
Ləkətağda Mil təpəsində olduğu kimi ermənilər post qurub” deyə,
həmkarımız  qeyd edib.
Ləkətağ
kəndinin ermənilər tərəfindən atəşə tutulmasına aydınlıq gətirib.
Nazirlik bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur və
yalandır. Nazirlikdən bildirilib ki, hazırda bu istiqamətdə vəziyyət
sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti
altındadır.
“Naxçıvan hücumu zamanı ermənilərin iki nəfər itkisi onlara hələ də yer edib və bununla barışa bilmirlər”.
Bu
sözləri axar.az-a hərbi ekspert Üzeyir Cəfərov erməni mətbuatının
Naxçıvan hücumu ilə bağlı yaydığı yeni informasiyaları şərh edərkən
deyib. O, hazırda əsgər ölümlərinə görə Ermənistan rəhbərliyinin dalana
dirəndiyini bildirib: “Ermənilərin təbliğat maşını var gücüylə işləyir.
Ermənistan mətbuatı deyir ki, PK-dan 400 güllə atıblar. Bununla onlar
gücsüzlüklərini bir daha sübut edirlər. Beş nəfər əsgəri vurmaq üçün 400
güllə atmaq lazımdırmı? O ki qaldı Naxçıvan ərazisindəki gərginliyə,
onu deyə bilərəm ki, hazırda Naxçıvanda yox, Ermənistan ərazisində
vəziyyət gərgindir. 
Ermənilərin itirdiyi iki
muzdlu əsgərin dəfnində müdafiə naziri iştirak edir. İndi təsəvvür edin
ki, vəziyyət nə dərəcədə gərgindir? O bilir ki, Ermənistanda hər gün
ölən əsgərlərə görə əsgər anaları onu divara dirəyirlər. Ona görə də
qarşı tərəf hər dəfə bir yalan uydurur”. 
***
“Biz
Azərbaycan tərəfinə PK-dan təxminən 400 güllə atdıq”. Axar.az xəbər
verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat iyunun
5-də iki nəfər erməni əsgərinin öldüyü postdakı şahidlərin
açıqlamalarını yayıb.
Hadisə şahidləri
atəşkəsin erməni ordusu tərəfindən pozulduğunu dilə gətiriblər: “Biz öz
postumuzdan 300-500 metr məsafədə Azərbaycan Silahlı Qüvvələrinə məxsus
olan müşahidə avtomobillərini gördük. Avtomobilə təxminən 6-7 nəfər
snayper əyləşdi.
Ardınca isə biz PK-dan (“Pulemyot
Kalaşnikov”) atəş açdıq. Avtomobillərə doğru təxminən 400 güllə atdıq.
Əsgərlər avtomobildən çıxdılar. Biz 3 nəfərin çıxaraq qamışlıqda
gizləndiyini gördük. Qalanlarından xəbərimiz yoxdur”.
Naxçıvanın
“Şərq qapısı” qəzeti əməkdaşı Elnur Kəlbizadəni həmin kəndə ezam edib.
E.Kəlbizadənin Ləkətağdan APA-ya verdiyi məlumata görə, kəndə hücum
edilməsi və boşladılması barədə xəbərlərin heç bir əsası yoxdur: “Mən 4
saatdan artıqdır ki, bu kənddəyəm. Kənd də, sakinlər də, postlarımız da
yerindədir. Burda olduğum müddətdə heç bir atışmanın şahidi olmadım.
Kənd sakinləri də onlara hər hansı xəbərdarlığın edilmədiyini, hücum
olmadığını bildirirlər”.
Qeyd edək ki, həmkarımız kənddən çəkdiyi fotoları da apa.az-a təqdim edib. 
Axşam
saatlarında daha bir məlumat yayıldı ki, Azərbaycan və Ermənistan
qoşunlarının təmas xəttinin Naxçıvan istiqamətində atışma hələ də davam
edir. Yerli sakinlərin verdiyi ən son məlumat belədir ki, Azərbaycan
tərəfi artıq hərbi vertolyotları havaya qaldırıb.
Sədərək sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, hərbi əməliyyatlar hələ də dayandırılmayıb.
Sədərək
rayonunda yaşayan sakinlərin axşam saatlarında virtualaz.org saytına
verdiyi məlumata görə, hazırda ərazidə atışma səsləri eşidilir.
“Sədərəyin
sərhədə yaxın olan kəndlərinin bəzilərində evlər boşaldılıb. Bundan
əvvəl də bölgədə atışma olurdu. Amma indiki kimi yox. Hazırda hamı
narahatlıq içindədir” – deyə Sədərək sakinləri bildirir.
Qeyd
edək ki, iyunun 5-də Ermənistan ordusunun iki əsgəri Naxçıvan
istiqamətində Azərbaycan Ordusunun snayperlərinin gülləsinə tuş gələrək
ölmüşdülər. Bundan üç gün öncə isə Ermənistan ordusunun atəşkəsi pozması
nəticəsində Azərbaycan SQ-nin əsgəri Zaur Həsənli şəhid olmuşdu.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8515

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031