Donetskdə dəhşətli partlayış

12.06.2014 - 13:40

Donetskdə şaxtada partlayış – Yerin altında qalanlardan xəbər yoxdur

Ukraynanın Donetsk vilayətində şaxtatda partlayış baş verib.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, partlayış yerin 300 metr dərinliyində baş verib. Ukrayna Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, 9 şaxtaçı yerin 300 metr dərinliyində qalıb. Hazırda onlardan heç bir xəbər yoxdur.
Nazirlik bildirib ki, şaxtada işlər müvəqqəti olaraq dayandırıb. Qeyd edək ki, bir neçə gün bundan öncə Donetsk separatçıları bəzi şaxtalara hücum edərək oradan külli miqdarda partlayıcı oğurlayıblar. Ukraynalı ekspertlərin sözlərinə görə, baş vermiş bu hadisə separatçıların təxribatı da ola bilər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=8523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31