Rusiya Ermənistandan uzaqlaşsa, ölkənin təhlükəsizliyi sual altında qalacaq

12.06.2014 - 16:18

Rus jurnalist həqiqəti dedi, ermənilər özündən çıxdı

 

Rusiyalı jurnalist Dmitri Kiselyov Ermənistanda arzuolunmaz şəxs elan
oluna bilər. ANS PRESS-in məlumatına görə, buna səbəb jurnalistin
Ermənistanla bağlı söylədiyi fikirlər olub.
Dmitri Kiselyov Ermənistanda “arzuolunmaz şəxs” elan olunması məsələsi
Ermənistan parlamentində müzakirə edilib. Müzakirələr zamanı
deputatların əksəriyyəti rusiyalı jurnalistin “persona non qrant elan
edilməsini tələb edib.
“Dmitri Kiselyov Ermənistana, ermənilərə, erməni dilinə hörmətsizlik
edib. Ona görə də Xarici İşlər Nazirliyi onu arzuolunmaz şəxs elan
etməlidir”, deyə bir çox deputat eyni fikirdə olub.
Qeyd edək ki, rusiyalı jurnalist demişdi ki, ermənilər rus dilində
danışmağı yaxşı bacarmalıdır. Ermənistanın təhlükəsizliyi üçün ermənilər
“Dil haqqında” qanuna dəyişiklik etməlidir. Ermənilər başa düşməlidir
ki, Rusiya Ermənistandan uzaqlaşsa, ölkənin təhlükəsizliyi sual altında
qalacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8538

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31