Hüquq müdafiəçisi admiralın istintaqına çağırıldı

12.06.2014 - 16:37

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov rəsmi olaraq Hərbi Prokurorluğa
dəvət olunub.

 

Bəxtiyar Məmmədova artıq vitse-admiral Şahin Sultanovun
istintaq işində ifadə vermək üçün bildiriş göndərilib. Onun ifadəsinin
alınmasından sonra vitse-admiral Şahin Sultanovun istintaqında mühüm
irəliləyişlərin olacağı gözlənilir.

 

Qeyd edək ki, Bəxtiyar Məmmədov 2011-ci ildə sabiq Hərbi Dəniz Qüvvələrinin
komandanı, vitse-admiral Şahin Sultanovun ərizəsi əsasında həbs olunmuşdu.
Şahin Sultanov öz müraciətində hüquq müdafiəçisini ondan 18 min avro tələb
etməkdə ittiham etmişdi. Məhz bundan sonra ona qarşı Azərbaycan Cinayət
Məcəlləsinin 182.3 (güc tətbiq etməklə pul tələb etmək) və 178.1
(fırıldaqçılıq) maddələri ilə ittiham irəli sürülmüşdü. Hüquq müdafiəçisi bu
ittihamları rədd etmişdi. O, vitse-admiralı “Avroviziya” musiqi yarışması
ərəfəsində Bayraq Meydanı ətrafındakı evlərin söküntüsü üçün dövlətdən aldığı 2
milyon manatı qanunsuz mənimsəməkdə ittiham etmişdi. Həmin dövrdə ərazidə
yerləşən hər bir ailənin mənzili üçün 10 min AZN ödəmişdi.

 

Onu da xatırladaq ki, Respublika Hərbi Prokurorluğu bir müddət əvvəl HDQ-də
yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun pozuntuları aşkar
edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi
Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb
və qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin
HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs
qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında
Bakı Hərbi Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci
(mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

 

Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam
etdirilir.(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8543

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031