Rusiya baş nazirinin müavini SSRİ-ni bərpa etməyə çağırdı

12.06.2014 - 16:40

Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini və
Kremlin Avrasiya İttifaqı ideyasını kurasiya edən Dmitri Roqozin 12 iyun
– Rusiya günü ilə bağlı maraqlı tvit yayıb.

“24 il əvvəl sovet qayası ilk çatlarını verdi. Sonra daş uçqunu
başladı. O zaman kim bilirdi ki, bu daşlar əsrin dörddə biri ərzində
səpələnməkdə davam edəcək?! Ancaq daşları yığmağın vaxtıdır” – deyə
Roqozin bildirib.

Qeyd edək ki, Rusiya günü 1990-cı il, iyunun 12-də Rusiya Sovet
Federativ Sosialist Respublikasının dövlət suverenliyi barədə
bəyannamənin qəbul edilməsinin ildönümü kimi qeyd olunur. Rusiyadan
əvvəl belə bəyannamələri Baltikyanı respublikalar, Ermənistan və
Gürcüstan da qəbul edib.

Xatırladaq ki, D.Roqozin iyunun sonlarında geniş tərkibli nümayəndə
heyəti ilə Azərbaycana səfərə gələcək. O, Rusiya-Azərbaycan
hökumətlərarası komissiyasının həmsədridir.

Virtualaz.org

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8544

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031