Lənkəran İcra Hakimiyyətindən rəsmi mövqe

13.06.2014 - 00:04

Saytımızda Lənkəran ŞİH barədə dərc 
olunmuş yazı ilə bağlı  Lənkəran şəhər
İcra hakimiyyətindən rəmi mövqe bildirilib. Elektron poçtumuza göndərilən
yazını KİV haqqında qanuna uyğun olaraq qarşı tərəfin mövqeyi kimi diqqətinizə
çatdırırıq:

“Yazıda Lənkəran şəhər sakini, Ağ Ciyər Xəstəlikləri xəstəxanasının
keçmiş baş həkimi Qurbanov Nurəddin Ələkbər oğlunun Lənkəran rayonunun Kərgəlan
kəndi sakini Səfərov Məmməd Həbib oğluna qarşı dələduzluq edərək aldatma yolu
ilə ondan böyük miqdarda pul aldığı və məsələ ilə əlaqədar məhkəmə-istintaq
hərəkətlərinin aparıldığı barədə məlumatlar verilmişdir.

Bununla belə yazıda heç bir
sübut, fakt göstərilmədən Lənkəran ŞİH başçısı Taleh Qaraşovun adı hallanmış və
Nurəddin Qurbanovun həbsində o günahkar hesab olunmuşdur.

Əvvələn yazıda qeyd
olunduğu kimi haqqında danışılan hadisə dələduzluq faktıdır və dələduzluq edən
şəxs də, bu dələduzluqdan ziyan çəkən də məlumdur. Yəni zərərçəkən Məmməd
Səfərov onu dələduzluq yolu ilə aldatmış Nurəddin Qurbanovu məhkəməyə vermiş və
Lənkəran ağır cinayətlər məhkəməsində işə baxılmış, günahı sübut olunaraq o,
azadlıqdan məhrum edilmişdir.

Göründüyü kimi baş
verənlərin Lənkəran ŞİH başçısına heç bir aidiyyəti yoxdur və rayonda kadrlar
hər hansı konyekturaya görə deyil, yalnız bilik, bacarıq və dövlətçiliyə
sədaqətlilik keyfiyyətlərinə görə vəzifələrə təyin olunurlar. Bu məlum həqiqəti
bilə-bilə məsələnin mahiyyətini şaiyələrə əsasən müəyyənləşdirmək və hörmətli
şəxsiyyət barədə qeyri-müəyyən məlumatlar yaymaq düzgün deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31