Oliqarxların monopoliya talanı
Kəmaləddin Heydərov, Ziya Məmmədov, “Dəmir
Mafiyası”, Paşayevlər və digərləri…
Kəmaləddin Heydərov, Ziya Məmmədov, “Dəmir
Mafiyası”, Paşayevlər və digərləri…
Azərbaycana İran və Gürcüstan sərhədindən
gələnlərin, adətən, bir şikayəti var: ölkəyə spirtli içki, banan, xurma və
digər məhsullar keçirilməsinə icazə verilmir. Bu qaydanın rəsmi açıqlaması olmasa da, belə vəziyyətin
inhisardan qaynaqlandığını söyləyənlər çoxdur. Bütün şikayətlərə gömrük
işçilərindən bircə cavab eşidilir: “Olmaz”.
“Özləri ölkədə baha satırlar, İrandan da
ucuz almağa icazə vermirlər“
Masallı sakiniƏləsgər Həsənlibu olmazlardan təngə gələnlərdən
biridir. Yaxın ərazidə yaşasa da, hələ İranı görməyən bu adam ötən ay-may
ayında İrana yollanıb. Qonum-qonşunun İrana səfərləri onu da həvəsləndirib.
Necə deyərlər həm ziyarət, həm də ticarətə ümid bağlayıb. O, İranda gəzə
bildiyi qədər gəzib, qarşısına çıxan məhsullardan da alıb. Qayıdarkən –
Azərbaycan tərəfə keçəndə aldıqlarının çoxunu keçirməyə icazə verməyiblər: “Uzun illərdən sonra İrana ilk səfərim
idi. Hələ sərhəddə gördüyüm səhnədən sarsılmışdım. Qadın-kişi demədən hər kəsi
bir yerə salır, adamlar bir-birini itələyə-itələyə saatlarca ayaqüstə qalırlar.
Nəfəs almağa da imkan olmur. Öz-özümə düşündüm ki, adamları İrana getməyə nə
vadar edir? Oraya çatandan sonra bunun səbəbini daha yaxşı anladım. Qışda 450
manata aldığım soba orada 80 manat idi. Masallıda kilosu 2-2 manat 50 qəpiyə
satılan bananı 80 qəpiyə, 200 manata aldığım yataq örtüyünün daha
keyfiyyətlisini 50 manata almaq olardı. Bütün ərzaq məhsulları, özəlliklə yağ
və çay 3-4 dəfə Masallıdan daha ucuza satılırdı. Evə gərəkli ərzaqdan, digər
məhsullardan alıb ehtiyatımı tutdum. Sərhədə çatınca… məlum oldu ki, bəzi
məhsulları Azərbaycana gətirmək qadağandır. Bircə qutu çayı da keçirməyə icazə
vermirlər. Uşağa bir telefon almışdım. Açıq-aşkar üzümə dedilər ki, telefon
inhisardadır, ölkəyə buraxıla bilməz. Hələ növbə tutub gözlərkən söhbətdən
anlamışdım ki, banan və xurmanı buraxmırlar. Onlar çoxdan inhisara alınıb. Amma
yataq örtüyü, çay və yağ niyə inhisardadır? – heç cür anlamadım. Özləri ölkədə
baha satırlar, İrandan da ucuz almağa icazə vermirlər”.
Kəmaləddin Heydərov, Ziya Məmmədov,
Paşayevlər və digərləri…
İstər yerli, istərsə beynəlxalq mütəxəssislər,
istər hökumət, istərsə müxalifət – bir sözlə hər kəs korrupsiya və
inhisarlaşmanı Azərbaycan iqtisadiyyatına ən böyük zərbə sayır. “Baghlan Group”Azərbaycanda “London taksiləri”nin və
“Transgeyt” avtobuslarının, “Bank of Azerbaijan”ın və futbol klubunun sahibi,
müxtəlif yol layihələrinin icraçısı, eləcə də hasilatın pay bölgüsü ilə bağlı
sazişlərin, digər tender və layihələrin qalibidir. Şirkətlər qrupunun sahibiHafiz Məmmədovbu günlərdə qafqazinfo.az saytına
müsahibə verib. O, müsahibədə nəqliyyat naziri Ziya Məmmədovu özünə ata
saydığını və nə az-nə çox 41 şirkəti olduğunu bildirir.
Sözügedən 41 şirkət fövqəladə hallar naziriKəmaləddin Heydərovun
biznes imperiyasına daxil olduğu iddia edilən 235 şirkətin yanında o qədər də
çox görünmür. Son rəqəm contact.az saytında əksini tapıb və nazirlik saytın araşdırmasında yer
alan siyahı barədə hər hansı açıqlama verməyib. Otel, fabrik və zavodların da
yer aldığı bu siyahını sosial şəbəkələrdə paylaşanlar həmin məlumatdan o qədər
də təəccüblənmədiklərini yazıblar.
Paytaxtın ən gözəl guşələrindən birində göyə
ucalan Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, “Şahdağ” Turizm Kompleksi, lüks
villalar, xörək duzundan tutmuş yağ istehsalınadək qida sənayesinin müxtəlif
sahələrində inhisarçı mövqe, tikintidən başlayıb əsgər yeməyinədək müxtəlif
xidmətlər üçün çoxmilyonluq dövlət sifarişləri… Bunların hamısı bir şirkətin
– “Azərsun holdinq”in Azərbaycanda uğur hekayətidir.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər
Konsorsiumunun hazırladığı tədqiqatın Azərbaycanla bağlı bölümü belə başlayır.
Burada göstərilir ki, “Azərsun Holdinq”in uğur hekayəti öz arxasında həm də
böyük bir korrupsiya tarixçəsini gizlədir. Axı Vircin adalarında yaradılan bu
şirkətin arxasından Azərbaycan prezidenti və övladlarının və 1-ci xanımın
adları boylanır.
“Hərə
bir sahəni inhisara alıb”
İqtisadçıNatiq
Cəfərlideyir
ki, Azərbaycanda hər bir nazir və ya yüksəkrütbəli məmur bir sahəni inhisara
götürüb, başqa sözlə, “özəlləşdirib”:”Ölkənin
adi sakinindən tutmuş, ictimai-siyasi prosesləri izləyənlərədək hər kəs bilir
ki, banan Kəmaləddin Heydərovun, bank, rabitə sahəsi 1-ci ailənin və
Paşayevlərin inhisarındadır. Hər şey öz əllərindədir, nəzarət edən də
özləridir, çalışanlar da. Xurma inhisara alınandan sonra gömrüyə tapşırılır ki,
ölkəyə bu meyvənin idxalına qadağa qoyulsun. Daxili bazarda başqa seçim olmadığından,
xurmanı istədikləri qiymətə satırlar. Bu misal inhisarda olan bütün məhsullar
üçün keçərlidir. Ölkədə azad sahibkarlıq mühiti yaratmağa, inhisarçılıqla
mübarizəyə məsul olanlar elə inhisarçıların özləridir. Ona görə də Azərbaycanda
qiymətlər qonşu ölkələrlə müqayisədə qat-qat bahadır”. Natiq Cəfərlinin fikrincə, azad və rəqabət mühiti yaratmaq üçün qarşıda
duran ilk məqsəd ölkədə korrupsiya və inhisarçılığın aradan qaldırılması
olmalıdır. Bəs, ölkədə
hər hansı sahə inhisara alınır? Təxminən iki il öncə baş verən və hələ də
aktuallığını qoruyan bir məsələyə diqqət yetirsək, həmin suala cavab tapmaq
olar.
“Dəmir mafiyası”nın əməlləri
2012-ci ilin yayında Bakı
və ətraf qəsəbələrdəki dəmir emalı sexlərinə kimliyini açıqlamayan idmançı
görkəmli şəxslər daxil olub, zorla sexlərin bağlanmasını tələb ediblər. Onlar
tələbi yerinə yetirməyən sex rəhbərlərinin gözü önündəcə xammal və avadanlığı
daşıyıb aparıblar. Sex rəhbərləri polisə və digər uyğun
qurumlara yardım haraylarını eşitdirsələr də, məsələ araşdırılmayıb və bir ilin
içində 26 sex qapadılıb. Beləcə, paytaxtda dəmir istehsalı tək şirkətin –
“Baku Steel Company”nin nəzarətinə keçib. “Baku Steel Company”nin rəsmi
internet səhifəsində yazılıb ki, son 2 ildə yeni istehsal sahələrinin
yaradılmasına və yenidənqurma işlərinə 45 milyon dollar (təxminən 36 mln.
dollar) investisiya qoyulub və illik istehsal gücü 770 min tona çatdırılıb.
Gələcəkdə daha 30 milyon dollar (təxminən 24 mln. manat) yatırım qoymaqla
istehsalın həcmini bir milyon 100 min tona çatdırmaq nəzərdə tutulur.
Şirkət öz saytında neftdənkənar sektorun ən
böyük vergiödəyicilərindən biri olduğunu da diqqətə yetirir. “Baku
Steel Company”nin daxili bazarda ən böyük armatur istehsalçısı olması məlumdur.
Sözügedən saytda “Rusiya və Gürcüstana, Türkmənistan və İrana məhsul ixrac
etmək təcrübəsi” barədə də qeydlər var.
“Ayrılan vəsaitlər də inhisarçi
şirkətlərə qismət olur”
Bəlli bir sahə inhisarçı nəzarətinə keçəndən
sonra status və mövqeyindən yararlanan məmurların biznesinə daha geniş imkanlar
açılır. Ən diqqətçəkən imkanlardan biri – biznesin inkişafına dövlət
büdcəsindən ayrılan vəsaitdir. İqtisadçıRövşən
Ağayevin fikrincə, belə təsəvvür yaranır ki, ölkədə biznesi
irəlilətməyə ayrılan vəsait məhz inhisarçı şirkətlərə qismət olur: “İnvestisiya
layihələri orta və kiçik sahibkarlara deyil, birmənalı şəkildə iri şirkətlərə
ayrılır. Kiçik sahibkarlığın inkişafını hədəf götürən və təyinatı da bu olan
Sahibkarlığa Milli Kömək Fondu vəsaitin 70 faizini məhz iri sahibkarlara
ayırır. Siyahıda çoxsaylı kiçik və orta sahibkarlar olsa da, məbləğin böyük
qismi yalnız iri sahibkarların payına düşüb. Bu, danılmaz bir meyldir və onu
göstərir ki, hökumət üzünü orta və ya kiçik sahibkarlara tutmayıb. Dövlət
büdcəsini araşdırarkən məlum olur ki, vəsaitin heç 5 faizi də orta və kiçik
sahibkarlara çatmayıb. Beləcə, Azərbaycan hakimiyyətinin sözlə real işi
arasındakı təzad açıqca görünür. İri bir özəl şirkətin ixrac payı ölkədəki
ümumi ixracın 40 faizidirsə, bu, inhisarçılığa bariz misaldır”.
***
Qayıdaq Masallı sakiniƏləsgər Həsənliyə.Onun sualı cavabsız qalıb.
Təkcə İrandan aldığı məhsulların niyə ölkəyə buraxılmaması deyil, daha çox
İranla Azərbaycan arasında niyə bu qədər qiymət fərqi olması haqqında sualı.
Short URL: http://www.cumhuriyyet.net/?p=8550