Azərbaycan hakimiyyətində mafiya qaydaları
İlham Əliyev “Xaç atası” filmindəki Sonni Korleone
ilə müqayisə olunan ailənin başçısıdır
İlham Əliyev “Xaç atası” filmindəki Sonni Korleone
ilə müqayisə olunan ailənin başçısıdır
Foreign Policy məcmuəsində Azərbaycan hakimiyyəti
və eləcə də hakimiyyətdəkilərin, onların yaxınlarının biznes fəaliyyəti haqda
böyük araşdırma dərc (http://www.foreignpolicy.com/articles/2014/06/10/the_corleones_of_the_caspian_azerbaijan_lobbying_baku_aliyev#trending) olunub. 35 səhifədən ibarət olan bu araşdırmanın oxucularımızın
marağına səbəb olacağını nəzərə alaraq diqqətinizə çatdırırıq.
Azərbaycan diktatoru Birləşmiş Ştatlar və Avropaya
necə yarınır
“2012-ci il oktyabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ)
Amerikadakı törəmə şirkəti Birləşmiş Ştatlarda fəaliyyətini genişləndirmək
məqsədilə Vaşinqtonun mərkəzində beş mərtəbəli, 23232 kvadrat fut bina alıb”,
“TheWashington Business Journal” yazıb. Azərbaycanda neft çoxdur və Birləşmiş
Ştatları ən çox maraqlandıran da elə budur, ona görə ARDNŞ-in fəaliyyət dairəsi
genişlənməlidir.
Ortaya qoyulan məbləği nəzərə alsaq, evin satış qiyməti çox az olub: 12 milyon
dollar. Dəqiq ünvan 1319, 18-ci küçə NW-dir. Bu ünvan soyuq müharibə
iştirakçılarına çox tanışdır: ABŞ-ın BMT-dəki sabiq səfiri, Ronald Reyqan
administrasiyasının ən nüfuzlu məmurlarından biri Cin Kirkpatrikin keçmiş ofisi
olub. Bu məkan 1992-ci ildə təsis edilmiş postsovet demokratikləşməsindən bəhs
edən “Demokratizasiya” qəzetinin dərc olunması üçün istifadə edilib. Uzun
müddət bu binanı Azərbaycanı “azad olmayan” ölkələr sırasına daxil edən, insan
haqlarının monitorinqi ilə məşğul olan “Freedom House” kirayələyib.
“Sözüm yoxdur”, Kirkpatrik ünvanında yerləşəndə “Freedom House”-un icraçı
direktoru olan, hazırda Corctaun Universitetində Diplomatik Xidmətlər
Məktəbinin proqramlar və təbliğatlar üzrə dekan müavini kimi fəaliyyət göstərən
Cenifer Uindsor deyib: “Dünyada azad olmayan ölkələrdən birinin hazırda azadlıq
binasını tutmasını ironiyanın ən yüksək forması hesab edirəm”.
Bu ironiya ilə yanaşı həm də zəmanənin əlamətidir. Barak Obama administrasiyası
demokratiyanın təbliği üçün lazım olan büdcəni azaldıb və kleptokratik
avtoritar rejimlərlə mümkün olan bütün həyasız sövdələşmələrə zərbə endirdi.
Real politik və izolyasionizm yenidən üstünlük qazanır. Libertotyan və ya Çay Dəstgahı
ideologiyasına bağlı olan Konqresin gözündə insan haqları ən yaxşı halda milli
mənafelərin pərdəarxası, ən pis halda isə Amerikanın XXI əsrdə barışa biləcəyi
rahatsızlıqdır.
ARDNŞ-in ABŞ-dakı yeni dəbdəbəli ünvanı Amerika və Avropa siyasətində ən enerjili
və böyük vəsaitlər xərcləyən xarici lobbilərdən birinin – Azərbaycan prezidenti
İlham Əliyevin başçılıq etdiyi rejimin sakit uğurunu vurğulayır. İrlandiya
ölçüsündə olan, ancaq Texasın neft ehtiyatlarından iki dəfə çox neft ehtiyatına
malik bu Cənub Qafqaz ölkəsi son on ildə ABŞ Konqresi, Britaniya parlamenti və
diktaturalara hamilikdən çox, təzyiqləri ilə məşhur olan Avropa Şurasının
Parlament Assembleyasının hazırkı və keçmiş üzvləri içərisində dost qazana və
insanlara təzyiq edə bildi. Qeyri-adi şəkildə Azərbaycanın paytaxtı Bakıya
səfərlərə görə bütün xərclərin Azərbaycan hökuməti tərəfindən çəkilməsi Avropa
düşüncə mərkəzi tərəfindən “kürü” diplomatiyasının bir forması kimi
qiymətləndirilir. ABŞ-da lobbi konsultasiyası və PR şirkətlərinə ABŞ mediasındakı
imicini yaxşılaşdırmaq üçün milyonlarla dollar xərclənir.
Ancaq bu daha həssas mövzudur: Əliyev rejimi əsaslı arqumentlərin het-trikinə
yekun vurmaqla sakitcə transatlantik təşkilatlara girişib. Birincisi, dünyəvi
müsəlman ölkələrindən yeganə dövlət Azərbaycandır ki, Birləşmiş Ştatlar və
NATO-nun müttəfiqi kimi terrorla mübarizə aparır, enerjisinin üçdə birini
Qafqaz ölkəsindən idxal edən İsraillə yaxşı ticarət və diplomatik əlaqələri
var. Azərbaycanın infrastrukturu bu il NATO və ABŞ qoşunlarının Əfqanıstandan
çıxarılmasını asanlaşdırmağa yardım edəcək.
İkincisi, Azərbaycanın ÜDM-nın 2001-2011-ci illər ərzində 10 dəfə artmasına
səbəb olan neft bumudur. Bu, Avropanın enerji istifadəsinin diversifikasiyası
üçün mühüm balansdır, Ukrayna və Belarusiya ilə “qaz müharibəsi” aparan
Rusiyanın monopoliya və qorxutma taktikasına son qoyacaq. Azərbaycanın 2011-ci
ildə demək olar ki, bütün ixracını neft və neft məhsulları təşkil edib. Ötən
ilin dekabrında BP şirkəti Xəzər dənizinin Azərbaycana məxsus hissəsində 28
milyard dollarlıq təbii qaz layihəsi olan “Şahdəniz 2” yatağı üçün atılan
fundament Rusiyanın “Nord Stream” boru kəmərinə rəqib olan “Cənub qaz dəhlizi”
üçün əhəmiyyətli rəqibə çevrildi.
Britaniyanın xarici işlər naziri Uilyam Heyq və AB-nin energetika üzrə
komissarı Günter Ettinger tarixi müqavilənin imzalanması üçün Bakıda oldular.
Müqavilə qaz nəql edən iki boru kəməri ilə bağlıdır: Türkiyədən keçən Trans
Anadolu qaz kəməri, Yunanıstan və İtaliyadan keçən Transadriatik qaz kəməri.
Azərbaycan Avropa Birliyinə illik 500 milyard kub metrdən yalnız 2%-ni nəql
etməsinə baxmayaraq, Avropa Rusiyadan asılılığını azaltmaq istəyir. Moskvanın
dövlət qaz şirkəti “Qazprom” Avropa Komissiyası tərəfindən anti-monopoliya
istintaqı altındadır. Rusiyanın Ukraynada işğal və destabilizasiya fəaliyyətinə
görə Qərb və Kreml arasında davam edən soyuqluq yaxın gələcəkdə Azərbaycanı
Brüssel üçün əhəmiyyətli edir.
Nəhayət, İranın nüvə təhlükəsinin artdığı və Rusiya prezidenti Vladimir Putinin
“regionu yenidən sovetləşdirmək” (ABŞ dövlət katibi Hillari Klinton Rusiyanın
Gömrük İttifaqını məhz belə xarakterizə edib) səylərinin çoxaldığı bir vaxtda,
Asiya və Avropa arasında yerləşən Azərbaycan Qərbə strateji tərəfdaşdır.
Birləşmiş Ştatlar postsovet məkanında bacardığı qədər çox (ələlxüsus enerji
resurları olan) dost axtarışına çııxdıqca Bakının Vaşinqtonda təsiri yalnız
artacaq.
Azərbaycan lobbisi passiv-aqressiv şəkildə qeyd edir ki, Qərb nə vaxtsa bu
təşəbbüslərə naşükür və qabiliyyətsiz yanaşsa, Əliyev rejiminin Moskva və Tehran
tərəfə yönəlmək imkanı var. Bu ölkələrin hər ikisi səbirsizliklə Azərbaycanın
qapısını döyür. “Foreign Policy”-yə Azərbaycan üzrə veteran ekspert anonim
şəkildə verdiyi müsahibədə bildirib ki, bu üç tərəfli siyasətə ani maraq
göstərmək daxili siyasətin çirkin reallığıdır. Bu, müsbət şeyləri gözə soxmaq
və mənfi şeyləri ört-bastır etmək, yaxud ələ salmaq ya da tamamilə bu haqda
yalan danışmaqdır.
Lakin gündəlikdə duran şifrələnmiş başqa məsələ də
var. “Əliyev lobbisinin əsas məqsədi bu ailəni hakimiyyətdən uzaqlaşdırmağın
mümkün olmaması haqda evə mesaj göndərməkdir” – bunu müxalifət yönlü diaspor
qrupu Amerika Azərbaycanlıları Demokratiya uğrunda (AZAD) təşkilatının sədri
Elmar Şaxtaxtinski deyib. “Amerikalı konqressmen və ya keçmiş konqressmen
Əliyevi qələbə münasibəti ilə təbrik edirsə, bu, Qərbdə rejim üçün vəziyyəti
yaxşılaşdırmır, lakin bununla öz əhalisinə güclü siqnal göndərir ki, hətta Qərb
də onların arxasındadır, Azərbaycan hüdudlarından kənardakı dünya çox da fərqli
deyil”. Bu siqnalların Azərbaycandakı təzyiqə məruz qalmış dissidentləri və ya
vətəndaş cəmiyyətlərini ruhdan saldığını görmək mümkündür.
İlham Əliyev “Xaç atası” filmindəki Sonni Korleone
ilə müqayisə olunan ailənin başçısıdır
İlham Əliyev ilk olaraq 2003-cü ildə, 1969-cu ildən bəri Azərbaycanı idarə edən
Sovet erası Moskvasının satrapı, Sovet və post-sovet diktatoru Heydər Əliyevdən
sonra hakimiyyəti ələ keçirdi. Onun oğlu hazırda dünyadakı davamlı sülalə
diktaturalarından birinin, Wikileaks, eləcə də Birləşmiş Ştatlar Səfirliyi tərəfindən
orta əsrlər feodal quruluşu və ya “Xaç atası” filmindəki Sonni Korleone ilə
müqayisə olunan ailənin başçısıdır.
Daha öncə açıqlanmış hesabatlara əsasən, burada həmçinin kəskin korrupsiya
tüğyan edir. Prezidentin illik rəsmi maaşının 228,000$ təşkil etməsinə
baxmayaraq, onun övladları belə, milyonlarla dollar şəxsi əmlaka sahibdirlər.
“The Washington Post” qəzeti 2010-cu ildə dərc etdiyi məqalədə yazırdı ki,
Heydər Əliyevin (İlham Əliyevin atasının şərəfinə adlandırdığı oğludur – red.)
cəmi 11 yaşı olarkən, onun üçün Dubayın Cümeyra səmtində yerləşən Palma
arxipelaqında 44 milyon dollara dəbdəbəli villa alınıb.
Heydərin iki bacısı, Leyla və Arzu 20 yaşlarından etibarən Birləşmiş Ərəb
Əmirliklərinin ən əzəmətli hissəsində şəxsi torpaq sahələrinə malikdir və hər
üç övlad birlikdə 75 milyon dollarlıq əmlak sahibidirlər. Bundan əlavə, bir
neçə ay öncə öyrəndim ki, övlad Heydər Əliyev “Vneştorqbank” (Bank VTB – red.)
Bakı filialının səhmlərinin 48.99%-nə qanuni olaraq sahiblik edir. Sözü gedən
bank Rusiyanın dövlətə məxsus ən iri banklarından biri olmaqla, 712 milyon $
fransız və alman kapitalı ilə formalaşan bir maliyyə təşkilatıdır (VTB vaxtilə
Rusiya müxalifətinin lideri Aleksey Navalnı və onun rəhbərlik etdiyi Korrupsiya
ilə Mübarizə Fondu tərəfindən tədqiqat predmeti olub).
Əliyevlər ailəsindən olan üç şəxs həmçinin ölkənin gəlirli telekommunikasiya
şirkəti olan “Azerfon” mobil operatorunun və ona aid ticarət nişanı olan, təkcə
Azərbaycanda yetişən nar meyvəsinin deyil, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın bacısı Nərgizin adının ilk üç hərfini özündə birləşdirən “Nar”
ticarət nişanının da sahibləridir.
Və ölkədə milli müzakirələrin hədə-qorxu, senzura və hüquqi cəhətdən təqiblərə
məruz qaldığı bir zamanda, Azərbaycanın üzərinə düşən əsas vəzifə beynəlxalq
aləmdəki imicini və nüfuzunu bərpa etməkdir. Və Xaç atasının xatirələrini
özündə yaşadan bir ölkə üçün bu, əsas etibarilə ailə biznesidir.
İlham Əliyev 2013-cü ilin yanvar ayına olan göstəricilərə görə, həbs olunan
“hər 100 nəfərdən” 65-nin siyasi məhbus olduğu ölkədə “qorxu ab-havası”
yaradıb.
İlham Əliyev 2013-cü ilin yanvar ayına olan göstəricilərə görə, həbs olunan
“hər 100 nəfərdən” 65-nin siyasi məhbus olduğu ölkədə “qorxu ab-havası”
yaradıb. Demokratiyaya Yardım Təşkilatı tərəfindən maliyyələşdirilən və
(hazırda Azərbaycan hökuməti tərəfindən cinayət təqibinə məruz qalan) Leyla
Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu siyasi məhbusların ümumi
sayının 130 olduğunu açıqlayıb. İnsanlara qarşı sərt tədbirlərin görülməsi nəticələrinin
səsvermənin başlanmasından bir gün öncə elan edildiyi 2013-cü ilin oktyabr
ayına, ölkədə keçirilən prezident seçkilərinə təsadüf etdi. Seçkilərdən dərhal
sonra Azərbaycanda hakimiyyətdə olan rejim kütləvi informasiya vasitələrində
seçkilərə etirazını bildirən hər kəsə qarşı yönəlmiş təzyiqləri “amansız və
görülməmiş təqib” adlandırdığına görə Amnesty International təşkilatının Avropa
və Məkəzi Asiya üzrə proqram direktoruna təsir göstərməyə başladı. İstənilən halda, İ.Əliyev öz
repressiv üsullarına geri döndü. “Adətən, prezident İlham Əliyev bəzən siyasi
məhbuslara aid edilən əfv fərmanlarını Yeni il və ya Novruz bayramları
ərəfəsində imzalayır. Lakin, bu il İ.Əliyev yuxarıda göstərilən hallardan heç
birində əfv fərmanı imzalamayıb” – Bu barədə Rebekka Vinsent bildirib. Bunun
əvəzində o, daha çox insanı həbsxanalara göndərib.
Onlardan biri də Bakıda yerləşən Seçkilərin Monitorinqi və Demokratiyanın
Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlidir. Sözü gedən mərkəz Demokratiyaya
Yardım Təşkilatı və Milli Demokratiya İnstitutu tərəfindən maliyyələşdirilir.
Qurum oktyabr ayındakı seçkilər zamanı monitorinq apardığı 769 seçki
məntəqəsindən 91%-də “ciddi qanun pozuntuları” aşkar edib.
Dekabr ayının ortalarında həbs olunan Anar Məmmədli təkcə qanunsuz sahibkarlıq
fəaliyyətilə məşğul olmaqda deyil, eyni zamanda seçkilərin nəticələrini
təkbaşına saxtalaşdırmağa cəhddə və R.Vinsentin “absurd” xarakterli
bəyanatlarını dəstəkləməkdə də ittiham olunur.
2014-cü ilin mart ayında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının
Bakıda yerləşən qərargahında partlayış baş verdi. Hadisə yerinə gələn
yanğınsöndürənlər partlayışın səbəbi kimi binanın zirzəmisində yerləşən
gözəllik salonunda olan qaz balonunu göstərirdi. Bununla belə, sözü gedən
obyektin sahibi ona məxsus olan salonda hər hansı bir qaz balonunun olmadığını
bildirib. Həmin vaxt binanın Türkiyədə olan sahibi dövlət tərəfindən ona və
ailə üzvlərinə qarşı silsilə təhdidlərin olduğunu bəyan edirdi və o, hətta ona
edilən təhdid dolu zəngin audioyazısını internetdə yerləşdirmişdi.
Azərbaycan Xalq Cəbhəsi partiyası onlara aid qərargahın partladılmasında
İ.Əliyev rejimini ittiham edir və həmin hadisə ilə eyni vaxtda bir neçə partiya
fəalının “polisin əmrinə tabe olmamaq” ittihamı ilə həbs edildiyini bəyan
edirdi. Onların arasında 48 saat ərzində Binəqədi rayon Polis İdarəsində qida
və su ilə təmin edilmədən saxlanılan Tofiq Dadaşov da vardı. Sonradan “Amnesty
International” təşkilatının rəsmi internet səhifəsində yerləşdirdiyi bəyanatda
bildirilirdi ki, “Azərbaycan hökuməti müxalifətin qarşısını almaq üçün hər
vasitədən istifadə edir”.
O ki qaldı rəqib olan və azad kütləvi informasiya vasitələrinə, onların özləri
də böhran vəziyyətindədir. Özlərinə qarşı yönəlmiş mülki iddialardan, dövlət
nəşriyyatının qəzetə yönəlmiş borc tələbindən sonra ən qocaman müxalifət qəzeti
olan “Azadlıq” artıq müflis olmaq həddinə çatıb.
Amerika lobbiçiliyinə xərclənən pullar
Xarici agentlərin qeydiyyatı (FARA) haqqındakı 1938-ci il qanunu Birləşmiş
Ştatlarda fəaliyyət göstərən hər bir şirkətin xarici dövlətlərdən aldığı
vəsaitin hesabatını verməyə məcbur edir. FARA-nın Azərbaycanla bağlı
registrasiyadan keçmiş sənədlərini diqqətlə oxuyan Ədliyyə Departamenti, hüquq
və konsaltinq şirkətləri və nüfuzlu lobbi şirkətlərinin hamısının Əliyevdən
maaş aldığını aşkar edib.
“Azərbaycan lobbisinin əldə etdiyi uğur həqiqətən də qoyulan vəsaitin miqdarına
görədir, Amerika Azərbaycanlıları Demokratiya uğrunda (AZAD) təşkilatının sədri
Elmar Şaxtaxtinski bildirib. “Və o böyük pullar ayırır”.
Belə də edir. Kolumbiya dairəsində yerləşən, Obama administrasiyasının hazırkı
xüsusi müşaviri Con Podestanın qardaşı Toni Podesta tərəfindən təsis edilən
lobbi və ictimai əlaqələr üzrə alət “Podesta Group” bir neçə il Azərbaycan
Səfirliyinin registrasiyadan keçmiş agenti olub.
2014-cü il yanvarın 1-də qrup yeni saziş imzalayıb. Sazişə əsasən o ayda
səfirlikdən “ABŞ hökuməti və institutları ilə Azərbaycanın əlaqələrini
möhkəmlətmək üçün” əlavə xərclər də daxil olmaqla 50 min dollar alacaq.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və “Podesta Group”-un prezidenti
Entoni Podesta tərəfindən imzalanan müqaviləyə aprelin 15-i 2014-cü ildə
dəyişikliklər olunub və və ən azı iyul ayınadək davam etməlidir.
“Foreign Policy” “Podesta Group” ilə əlaqə saxlayıb. Məqsəd səfirliklə
bağlanmış müqavilə ilə bağlı qrupun münasibətini öyrənmək idi. Biz FARA -nın
registrasiyadan keçmiş sənədlərinə istinad edirdik. Biz həmçinin “Human Rights
Watch”, “Amnesty International” və digər beynəlxalq müşahidəçilər tərəfindən
insan haqları ilə bağlı vəziyyətin yaxşılaşmaq əvəzinə, daha da pisləşdiyi
xarici hökumət tərəfindən lobbiçilik fəaliyyətində şirkətin şübhələrinin
olub-olmamasını da soruşduq. Bizə xəbər verdilər ki, “Azərbaycan şöbəsindən”
sualımıza cavab verən olacaq. Lakin heç kim bizimlə əlaqə saxlamadı.
Vaşinqton, Brüssel və Hyustanda ofisləri olan beynəlxalq əlaqələr üzrə digər
şirkət “DCI Group” MMC də Azərbaycanın ABŞ-dakı səfirliyi üçün işləyir. Ən azı
2013-cü il fevralın 22-nə kimi işləyib. Bu tarixdə naməlum səbəblərə görə müqaviləyə
xitam verilib. Qrupun səfirlik üçün işi KİV-də ölkədə peykin buraxılması, qaz
bumu, ikitərəfli əlaqələr və ARDNŞ-in genişlənməsinin təbliğatından ibarətdir.
“DCI Group” “Azərbaycan iqtisadiyyatının inkişafı, ABŞ iqtisadiyyatına və
ABŞ-ın terrorizmlə mübarizəsinə dəstək üçün investisiya” ilə bağlı 2012-ci il
oktyabrın 22-də səfirliyin binasında şam yeməyi təşkil edib. Qonaqların
arasında BMT-də ABŞ səfriliyinin keçmiş deputatı Ken Adelman (Cin Kirkpatrikin
başçılığı altında xidmət göstərən) ; Corc Buş İnstitutunun təsisçisi və icraçı
direktoru Ceyms Qlasman; mətbuat üzrə məsləhətçi, “Fox News”-un sahibi Hovard
Kurtzun həyat yoldaşı Şeri Annis; “Stratfor” özəl şirkətin icraçı direktoru
Corc Fridman olub.
“Foreign Policy” “DCI Group”-un mətbuat katibi Qreq
Stivens ilə telefon əlaqəsi saxladı. Səfirliklə müqaviləyə xitam verilməsinə
səbəb “şərtlərin başa çatması olub. Səfirliklə yaxşı əlaqələrimiz var və təbii
ki səfirliyi dəstəkləyirik”. “DCI Group”-un Azərbaycandakı insan haqları ilə
bağlı pis vəziyyət və journalist, siyasi azadlıqların hazırkı aşınmasından
dolayı narahat olub-olmadıqlarını soruşduqda Stivens cavab verib: “Biz belə
işlərə qarışmırıq”.
Vaşinqton və Nyu-Yorkda fəaliyyət göstərən “Roberti+White” “ictimai əlaqələr
üzrə ikipartiyalı federal dövlət” şirkəti ARDNŞ-dən 6 ay ərzində ayda 20 min
834 dollar maaş alıb. Qarşılığında ARDNŞ-in “ABŞ hökuməti və institutlarında
əlaqələrini möhkəmlətmək üçün strateji məsləhət verib”. 2013-cü il iyulun
ortasında imzalanan konsaltinq sazişinə əsasən, şirkət ARDNŞ-in veb-saytını,
“Twitter” və “Facebook”-da hesabını açmalı və Vaşinqtonda təlim proqramları
yaratmalı idi. Müqavilənin vaxtı 2013-cü il dekabrda bitib. “Foreign Policy”
“Roberti+White” ilə əlaqə saxlayıb, lakin şirkətin mətbuata məlumat vermədiyi bildirilib.
Lobbi şirkətləri ABŞ siyasətçilərini Azərbaycana aparır. 2013-cü il may ayında
Oklahoma konqresmeni Cim Braydstayn TCAE (“Turquoise Council of Americans and
Eurasians”) himayəsi altında Tulsadan Bakıya səfər edib. TCAE-nin Fətulla
Gülenlə yaxın əlaqələri var. Braydstayn TCAE-ni belə təqdim edib: “ABŞ və
Azərbaycan arasında yaxın əməkdaşlıq və uzunmüddətli tərəfdaşlığın əldə
olunmasına çalışır”.
TCAE öz veb-səhifələrində iddia edir ki, “türk dünyasına körpü qurmaq
fikrindədir” və diqqətlərini Türkiyə, Azərbaycan, Mərkəzi Asiyanın bütün
postsovet ölkələrinə yönəldiblər. Lakin bu həm də Pensilvaniyada yaşayan
Türkiyənin baş naziri Recep Tayyip Ərdoğanla ixtilafda olan Gülenin başçılığı
altında ABŞ-da açılan bir sıra məktəblərlə də əlaqələlidir.
Azərbaycan üçün lobbiçilik edən qrupların arasında ən fəalı Azərbaycan Amerika
Alyansıdır (AAA). Hazırda qrupun rəhbəri İndianadan olan keçmiş respublikaçı
konqresmen və “Avropa, Asiya və meydana çıxan təhlükələr” komitəsinin keçmiş
sədri Den Bertondur. Berton 2013-cü il fevralın 13-də bildirmişdi: “Ölkələrimiz
arasında dostluq çox əhəmiyyətlidir və bu dostluğu möhkəmlətmək üçün əlimdən
gələni edəcəm”.
Alyans “Azərbaycan və ABŞ-ın hökumətləri, rəsmiləri və insanları arasında
əlaqələrin yaradılması, anlayış, hörmət, dostluq, əməkdaşlıq və birgə dəstək
sahəsində fəaliyyət” göstərdiyini deyir. Və şübhəsiz bu əlaqələrin külli
miqdarda yardıma ehtiyacı var.
FARA həmçinin aşkar edib ki, AAA “Fabiani&Company” şirkətinə “Azərbaycan
xalqı, Azərbaycanın mədəniyyəti və beynəlxalq əlaqələrinin təbliği strategiyası
və planlaşdırma” işi üçün 2,4 milyon dollar ödəyib. “Fabiani&Company”
Vaşinqtonda yerləşir “dövlət əlaqələri və strateji konsaltinq” şirkətidir.
“Təxsisatlar üzrə komitə” evinin keçmiş direktoru Ceyms Fabiani tərəfindən
təsis edilib. 2013-cü il oktyabr ayında Vaşinqtonda AAA-nın ikinci illik qala
gecəsinə ev sahibliyi edib. Tədbirdə Kapitol Hill, Diplomatik Korpus, beyin
mərkəzləri, akademik və biznes təşkilatlardan 600-ə yaxın qonaq dəvət
edilmişdi. Altı ay əvvəl, 2013-cü il mayın 31-də AAA tərəfindən
“Fabiani&Company” şirkətinə 800 min dollar və “Washington Post” və
“Express” qəzetlərində reklam üçün 664 min dollar alıb.
Belə bir fakt var ki, AAA və “Fabiani&Company” şirkəti eyni ünvanda –
Pensilvania Ave. 1101 – yerləşir. “Foreign Policy” AAA və “Fabiani&Company”
şirkətindən vəziyyətlə bağlı münasibət almaq istəsə, cəhdləri nəticəsiz qalıb.
İnsan haqlarının faciəvi durumu
Həqiqətən də lobbinin “sadə dildə desək” Azərbaycanı Amerikanın dəyərlərini
bölüşən demokratik ölkə kimi təqdim etmək istiqamətindəki səylərinin əksinə
olaraq, insan hüquqlarının qorunması məsələsində vəziyyət çox acınacaqlıdır ki,
bu məsələdə də – İlham Əliyevin bəyanatlarına əks olaraq – Amerika hökuməti heç
bir illüziya ilə özünə təskinlik vermək niyətində deyil.
Hələ 2010-cu ildə ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klinton Azərbaycanın
“demokratiyanın inkişafı yolunda böyük uğurlara” nail olduğunu əminliklə bəyan
edirdi. Ancaq, mənzərə tam fərqli idi. Bu il, mayın 16-da ABŞ-ın ölkəmizdəki
səfiri Riçard Morninqstar Azadlıq Radiosunun Azərbaycan bölməsinə verdiyi
müsahibəsində bildirirdi: “Mən düşünürəm ki, biz demokratiya məsələsində
bir-birimizin fikirlərinə zidd mülahizələr irəli sürülən bir vəziyyətdəyik. Bu,
ümumi prosesə mənfi təsir göstərir”.
Hələ 2013-cü ildə ölkədə insan haqlarının qorunması üzrə açıqlanan hesabatda
deyilirdi, “Ölkədə söz və fikirlərin müstəqil ifadəsi, sərbəst toplaşma
azadlığının pozulması, o cümlədən jurnalistlər və hüquq müdafiəçilərinin,
demokratiya fəallarının həbs olunması və onlara qarşı güc tətbiq edilməsi ilə
bağlı faktla mövcuddur. Həmçinin, ədalət mühakiməsinin təmin edilməsi, qanunsuz
kütləvi həbslərin həyata keçirilməsi, siyasi baxışlarına görə insanların
həbsxanalara qapadılması, bilavasitə bu şəxslərin özünə və ailə üzvlərinə qarşı
törədilən cinayətlər cəzasız qaldığı halda, dövlət məmurları üçün real təhlükə
hesab edilən insanların məhkəmələrin fəaliyyətinə dövlət tərəfindən müdaxilə
edilməsi, məhkəmə prosesinədək insanların uzun müddət təcridxanalarda saxlanılması
halları da narahatlıq doğurur”.
Bununla bağlı bir neçə nümunəyə nəzər yetirmək vacibdir. 2013-cü ildə polis
İsmayıllıda dinc xarakterli etiraz aksiyası keçirən rayon sakinlərinə qarşı
amansız davrandı. Bununla yanaşı, aksiyaların keçirildiyi gün həmin rayonda
ümumiyyətlə olmayan, aksiya ilə hər hansı bir əlaqəsinin mövcudluğu istisna
edilən iki nəfər: Müsavat partiyasının başqan müavini və Yeni Müsavat qəzetinin
əməkdaşı Tofiq Yaqublu və 2013-cü ilin prezident seçkiləri zamanı toplanan
imzalardan çoxunun saxta olması əsas gətirilərək seçkilərdə iştirakına icazə
verilməyən REAL hərəkatının lideri İlqar Məmmədov həbs olundu. Bundan sonra
İlqar Məmmədov İlham Əliyevi istefa verməli olan qeyri-qanuni prezident
adlandırdı. 2014-cü ilin mart ayında İ.Məmmədov yeddi il, Tofiq Yaqublu isə beş
il müddətinə azadlıqdan məhrum edildi.
Mayın 22-də Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun “ittiham olunduğu
cinayətdə iştirakını isbatlayacaq hər hansı dəlil və sübut olmadan həbs
oldunduğunu, “bu həbsin faktiki olaraq hökumətə yönəlik tənqidlərinə görə onu
cəzalandırmaq və susdurmaq xarakteri daşıdığını bəyan etdi.
2013-cü ilin mart və aprel aylarında Bakıda keçirilən etiraz aksiyaları zamanı
polis aksiyaçılara qarşı dəyənək və rezin güllələrdən istifadə etdi. Həmin vaxt
NİDA Vətəndaş Hərəkatının yeddi üzvləri həbs edildi, onlar narkotik vasitə və
partlayıcı maddələrin saxlanması və daşınmasına itiham edildi, bundan sonra
onlara qarşı kütləvi iğtişaşların təşkili və törədilməsində də təqsirli
bilindilər. 2014-cü ilin mayında yeddisi “NİDA” Vətəndaş Hərəkatının üzvü
olmaqla, səkkiz azərbaycanlı fəal altı ildən səkkiz ilədək olmaqla, uzun
müddətli həbs cəzalarına məhkum edildi.
Azərbaycan prezidenti özünü öymək və rəhbərlik etdiyi
rejimi xarici tənqidlərdən qorumaq üçün açıq şəkildə Avropa Şurasından bir
vasitə kimi istifadə edir. Azərbaycandan adının çəkilməsini istəməyən bir mənbə
ESI Agentliyinə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının işini öz
məqsədləri naminə istiqamətləndirmək üçün qurumun üzvlərinə rüşvət verdiyini
açıqlayıb. Təklif təəccübləndirəcək dərəcədə aşkar şəkildə edilib. Mənbə
həmçinin bir xatırlatma da edir, “Bir kiloqram qara kürünün qiyməti
1300-1400 avro arasında dəyişir. Bizim AŞPA-dakı dostlarımıza hər sessiya
zamanı, yəni il ərzində 4 dəfə orta hesabla – 0.4 və 0.6 kq qara kürü “hədiyyə
edilir”.
İndi, Azərbaycanın qurumun Nazirlər Komitəsinə rəhbərlik etdiyi bir zamanda
həzin razısalma sənəti və dostların qara kürü və nərə balığı ilə ələ alınması
prosesi daha çılpaq və iyrənc bir şəkil almaqdadır.
Vaşinqtonun məmnunluq əlamətləri
Kənardan nəzər yetirdikdə, Azərbaycan vacib və barəsində mətbuat səhifələrində
bəhs edilməsinə dəyməyən bir ölkə təsiri bağışlaya bilər. Son nəticədə, Yaxın
Şərq təbii ehtiyatları mənimsəyən, Böyük neft ölkəsi ilə iş münasibətlərini
dəstəkləməyə hazır olan və ya ölkə hüdudlarından kənardakı hərbi əməliyyatlara
kömək əlini uzadan avtoritar rejimlərlə zəngindir. Lakin, Qərbin dəstəklədiyi
Azərbaycanın təhlükəsiz və stabil müsəlman ölkəsi kimi son beş il ərzində
sərgilədiyi mənzərə bütün ideoloji təxəyyülə malik nüfuzlu siyasətçilər üçün
kifayət qədər cəlbedicidir.
Azərbaycanı dəstəkləmək üçün seçilmiş vaxt çox da uğurlu bir zaman deyildi.
Rusiyanın Krıma daxil olması amerikan-rus “yenidən başlamaq” taktikasını puç
etdi və həmçinin Vaşinqtonu rus siyasiləri və oliqarxlarına qarşı sanksiyalar
tətbiq etməyə vadar etdi. İranla münasibətlərin bərpa ediləcəyi və ya yenidən
yaradılacağı gün çox da uzaqda deyil. Birləşmiş Ştatlardakı lobbinin bu yöndə
atdığı addımlar tək siyasətçi və parlamentarilərin qeyri-səmimi ritorikasına
deyil, həm də Anti-Əliyev diasporu və vətəndaş cəmiyyəti nümayədələrinin
manevrlərinə söykənir. London, Brüssel və Berlinin etdiyi güzəştlər də eyni
anlam daşıyır. Amma əgər, Vaşinqtonda danışıqlar aparılmalı olan yeganə
azərbycanlılar səfirlik əməkdaşlarıdırsa, o zaman İnsan Hüquqları üzrə
təşkilatın yeni ünvanının Azərbaycan Dövlət Neft Şirkəti olması heç kimi
təəccübləndirməməlidirmi?
Amerikanın beynəlxalq siyasətində narahatlıq keçirdiyi yeganə məsələ digər
ölkələrdə hüquq və azadlıqların məhdudlaşdırılması, azad fikirli dissident və
jurnalistlərin təqiblərə məruz qalmasıdır ki, bu da ölkənin “milli maraqlarına”
təsir göstərir. Bunun nəticəsində Cənubi Qafqaz ölkəsi həm Birləşmiş Ştatlar, həm
də Avropa Birliyi üçün əhəmiyyətli bir dövlətə çevrilir. Bu məsələyə önəm
verilməsi sözü gedən ölkədə yuxarıda göstərilən məsələlərin diqqət mərkəzində
saxlanılmasını vacib edir. Əliyev rejiminin davamçıları mahiyyət etibrilə
“Londondan Brüsselə və hətta, Berlinədək ölkənin xarici siyasətinə nəzarəti öz
əllərində salxayır” – Bu fikirlər Olever Balloya məxsusdur.
Öz növbəsində Obama Administrasiyası bu problemləri sadəcə olaraq prioritet bir
məsələyə çevirmək istəmir. Key-Strit məhz bu məsələləri nəzarətində saxlamaq
üçün mövcuddur, lakin post-sovet dövlətləri öz milli maraqlarını təmin etmək,
onları təbii ehtiyatlarla daha yaxşı təmin etmək məqsədilə, özlərinin Birləşmiş
Ştatların yüksək pillələrindəki dostlarını gülümsəyərək ələ almağı çox yaxşı
bacarır. “Xaç atası” filmindəki Maykl Key belə bir fikir səsləndirir, “Karleone
ailəsi tamamilə qanuni elan edilməlidir”. Əsas etibarilə və hiyləgər təbliğat
hesabına Xəzər sahilinin Karleoneləri Qərbi onların burada hər şeyə az bir
zamanda nail olduqlarına inandırmağa nail olub. Daha faciəvisi isə budur ki,
burada heç kim onları lənətləmir.
MICHAEL
WEISS
Short URL: http://www.cumhuriyyet.net/?p=8551