Abutalıbovun vəhabi oğlundan İŞİD-ə dəstək?
“Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun
vəhabi oğlu Suriyaya döyüşməyə gedənlərə dəstək verir”. Bu iddia ilə
çıxış edən mötəbər qaynağın Axar.az-a verdiyi xəbərə görə, merin oğlu
İsrafil Abutalıbov vəhabilərin xəvaric (radikal) qoluna bağlı
təriqətçidir. Mənbə iddia edir ki, İ.Abutalıbov “İraq Şam İslam
Dövləti” silahlı qruplaşmasının xilafət dövləti yaratmaq planını təqdir
edir. İŞİD-in İraqda şəhərləri ələ keçirməsini qələbə sayır.
“İsrafil Azərbaycandakı sələfi və xəvariclərin ticarətdə
inkişaf etməsinə də dəstək olur. O cümlədən, Suriyaya döyüşməyə
gedənlərə kömək edir. Onu daha çox Qaraçuxur qəsəbəsində yerləşən və
sələfilərin yığışdığı məsciddə görürlər. İsrafil oğluna Əbubəkr adını
verib”.
Mənbə bildirir ki, Hacıbala Abutalıbovla oğlu arasında əlaqələr
kəsilib, hətta onu evinə belə buraxmadığı barədə bir müddət əvvəl
mediada məlumat yayılıb. Mer isə az əvvəl oğlunun Suriyaya getməsi
barədə xəbərləri təkzib etsə də, İsrafilin sələfi olduğunu nə təsdiq, nə
də inkar etmişdi.
Qeyd edək ki, daha bir yüksək rütbəli məmur oğlunun vəhabilərə
qoşulduğu barədə məlumat almışıq. Məlumatda qeyd olunur ki, ölkənin çox
önəmli vəzifələrindən birini daşıyan məmurun öz oğlunun seçdiyi
təriqətdən və əməllərindən xəbəri yoxdur. Həmin gəncin isə Bakıdakı
vəhabilərə və Suriyaya gedənlərə maddi dəstək göstərdiyi iddia olunur.
Məlumatları araşdırmağa çalışırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=8554