Bakı rayonlarının icra başçıları haralıdır?

17.06.2014 - 01:48

11 rayonun rəhbəri
barədə maraqlı məlumatlar

Bakının 11 rayonunun
icra başçıları kimlərdir? Onlar hansı peşənin sahibidirlər? Bakını idarə
edənlər özləri əslən bakılıdırmı? Bakı rayonlarının icra başçıları
haqda maraqlı məlumatları oxuculara təqdim edirik.

 

***

Paytaxın ən böyük
rayonlarından olan Binəqədinin icra başçısı Xaləddin Isgəndərovdur. 1962-ci
ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olan icra başçısı 1984-ci
ildə Azərbaycan Xalq Təsərrüfatı Institutunun “Əmtəəşünaslıq” fakultəsini
bitirib.

O, 2012-ci ildən Bakı
şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin başçısıdır. Bundan öncə isə Vergilər
Nazirliyində yüksək vəzifə tutub. Vergilər naziri Fazil Məmmədovla yaxın
qohumdur.

***

Əslən bakılı, Xəzər rayon Icra Hakimiyyətinin başçısı Islamov Gülağa
Bayram oğlu 19 dekabr 1948-ci ildə dünyaya gəlib. G.Ismayılov Poltava
Kooperasiya Institutunu əmtəəşünaslıq ixtisası üzrə bitirib. 1995-ci ildən
indiyədək Bakı şəhəri Xəzər Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Xətai rayonunun icra başçısı Razim Isa oğlu Məmmədovdur. Mətbuatda
ara-sıra adı qalmaqalda hallanan icra başçısı 21 iyun 1966-cı ildə Ermənistan
SSR Sisyan rayonunun Ağudi kəndində anadan olub. Ilk əmək fəaliyyətinə 1983-cü
ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi
başlayıb. 1991-ci ildə Moskva Kooperasiya Institutunun Əmtəəşünaslıq
fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini
bitirib. Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin 26 sentyabr
2006-cı il tarixli sərəncamı ilə Xətai Rayon Icra Hakimiyyətinin başçısı
vəzifəsinə təyin edilib.

***

Qaradağın icra başçısı Süleyman Mikayılov da yerli mətbuata tanış
məmurlardandır. 1962-ci il aprelin 27-də Naxçıvanda anadan olan icra başçısı
bundan öncə Yardımlı və Lənkəran rayonlarında söz sahibi olub.

S.Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
Institutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini
bitirib.

2010-cu ildən ölkə başçısının sərəncamı ilə Qaradağ Rayon Icra
Hakimiyyətinin başçısı təyin edilib.

2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının
vitse-prezidentidir.

***

Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsgər oğlu
1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əmək
fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq
Kombinatında fəhlə kimi başlayıb. 2003-cü ilin aprel ayında Azərbaycan
Respublikası prezidentinin sərancami ilə Bakı şəhəri Nizami Rayon Icra
Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov Rayon Icra
Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

***

Nəsimi Rayon Icra Hakimiyyətinin başçısı Məhəməliyev Nəsib Məhəmməd oğlu
da Bakıdan olmayan icra başçılarındandır. 11 fevral 1961-ci ildə Balakən
rayonunda anadan olub. 1982-1987-ci illərdə dəmiryol nəqliyyatında “Daşınma
prosesinin idarə olunması” ixtisası üzrəГї Kuybışev Dəmir Yolu Nəqliyyatı
Mühəndisləri Institutunu, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin
Hüquq fakultəsini bitirib.

2006-cı il tarixdən Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyətinin
başçısıdır.

***

Nizami Rayon Icra Hakimiyyətinin başçısı Tahir Yaqub oğlu Budaqov da
cəmiyyətdə kifayət qədər tanınan şəxsdir. O, 1965-ci il yanvarın 1-də Naxçıvan
şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb Institutunu
fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin
baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini
vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Bakı şəhəri Nizami
Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS
Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Idarə Heyətinin sədridir.

***

Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı Vəliyev Adil Ənvər oğlu 20
aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci
ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək
fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə
hərbi xidmətdə olub. 2012-ci ilin aprel ayında Azərbaycan Respublikası
prezidentinin sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin
başçısı vəzifəsinə təyin edilib.

***

Səbail Rayon Icra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı
ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu, 2001-ci ildə Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasını bitirib.
Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.Гї 1996-cı ildən
Azərbaycan Respublikası Gənclər, Idman və Turizm Nazirliyində idarə rəisi, Baş
idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, Idman və Turizm nazirinin müavini
vəzifələrində çalışıb. Azərbaycan Respublikası prezidentinin 15 fevral 2006-cı
il tarixli sərəncamı ilə Zaqatala Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə
təyin edilib.

2009-cı idən Səbail Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Ilqar Abbasov Azərbaycan prezidentinin 21 dekabr 2005-ci il tarixli
sərəncamı ilə Suraxanı Rayon Icra Hakimiyətinin başçısı vəzifəsinə təyin
edilib. Bundan əvvəl o, Nərimanov RIH-in başçısı vəzifəsində çalışıb.

Ilqar Abbasov Azərbaycan Inşaat Mühəndisləri Institutunu və Bakı Sosial
Idarəetmə və Politologiya Institutunu bitirib.

Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul
olub, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.

***

Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim
Mehdiyev Ağdaş rayonunda anadan olub. 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan
Dövlət Neft və Kimya Institutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə
başlayan I.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq,
sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi
Tədqiqat Institutunda baş elmi işçi, “Azərelektroişıq” Istehsalat Birliyində
sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyası Fizika Institutunun
“Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin
direktoru vəzifələrində işləyib. 2000-ci ildən 2006-ci ilədək Xətai Rayon Icra
Hakimiyyətinin başçısı olub. 2006-cı ildən indiyə kimi Yasamal Rayon Icra
Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=8555

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31