İki icra başçısından təbiətə qəsd

17.06.2014 - 02:13

Helsinki
Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb bolgə nümayəndəliyinin rəhbəri
Aslan Vəliyev Tovuz və ,əmkir rayon icra hakimiyyətlərinin laqeyidliyi üzündən
təbiətə vurulan ziyan haqda məlumat verib. Cumhuriyyet.az-ın elektron poçtuna
göndərilən yazı və fotoları olduğu kimi diqqətinizə çatdırırıq:

“Tovuz
və Şəmkir rayon İcra hakimiyyəti aparatlarının başçılarının biganəliyinin
nəticəsi olaraq müşahidə olunan yaşıllıq
məhf olmaq təhlükəsi ilə üz-üzədir. Həmin ərazidə təxminən 3500 ağac Tovuz
rayon Əyyublu kənd sakini Hüseynov Aydın Hidayət oğlu tərəfindən uzun illər
ərzində əkilərək bu artezan quyusunun suyundan istifadə olunaraq becərilmişdir.
İndi isə nədənsə Aydın Hüseynov səlahiyyətli cənabların xoşlarına gəlmir, onlar
isə bunun əvəzini həmin ərazi vahidinə su verməməklə ağaclardan çıxırlar.

Sözügedən ağaclara su verilməsinin davam
etdirilməsi xahişi ilə Tovuz rayon İcra Hakimiyyəti Aparatının Başçısı Cənab
Tofiq Zeynalova, Eləcə də, Şəmkir rayon İcra Hakimiyyəti Aparatının Başçısı
Cənab Nazim Veyisova rəsmi məktubla müraciət etmişəm, eləcə də, ağacların
susuzluqdan qurumasının qarşısının
alınması üçün Şəmkir Subartezan İdarısinin rəisi cənab Nəriman Fərman oğlu Verdiyevlə
və Şəmkir rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini cənab Qüdrət
Əliyevlə görüşərək prioblemin həll olunmasında köməklik göstərmələrini xahiş
etmişəm.

Baxmayaraq ki, hər iki cənablar yüksək
intilekt və mədəniyyətlə məni qəbul edib dinlədikdən sonra problemin həll
olunacağına dair köməklik göstərəcəklərinə söz vermişlər, lakin problem həllini
tapmır ki, tapmır.

İcra Başçıları susurlar, digər adları
sıralanan cənablar özlərini olduqca məşğul göstərirlər və verdikləri sözü
unudublar. Dilsiz ağızsız ağaclar isə biz insanlardan imdad gözləyirlər.

Ya rəbbim! Siz bizi bizlərdən qoruyun!

Fotoşəklini müşahidə etdiyiniz gölməçə digər
artezan quyusudur və yuxarıda müşahidə edilən artyezan quyusunun 200
metrəliyindədir. Bunların suları qovuşdurularaq harayasa mücərrəd yerlərə
axıdılır. Ağaclar isə həsrətlə axıdılan suyun arxasınca baxırlar.

Maraqlıdır ki, ağaclar Tovuz rayon inzibati
ərazi vahidində yerləşir, artezanlar isə şəmkirrayonuna aiddir. Fotoşəkildə müşahidə edilən bu yolun sol sahili Tovuz
rayon ərazisidir, sağ sahili isə Şəmkir rayonuna aiddir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8556

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31