Zahid Oruc hakimiyyətin monolit olmadığını etiraf etdi

17.06.2014 - 13:40

Xarici İşlər Nazirliyi Azərbaycan siyasətini öz bildiyi şəkildə, parlamentarilər digər formada, hökumət nümayəndələri ayrı bir şəkildə xaricə çatdırır

 
Bir müddət əvvəl ABŞ-ın ölkəmizdəki səfiri Ricard Morninqstar hakimiyyəti monolit olmaması ilə bağlı fikirlər səsləndirəndə iqtidar təmsilçidəri səfirə qarşı hücum kampaniyasına başladı. Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də səfiri Azərbaycanın daxili işlərinə qarşımaqda ittiham etdi. Morninqstarın müsahibəsində xarici siyasətlə bağlı vahid mövqeyin olmadığına işarə vururdu və məhz buna görə də hədəfə alındı. Maraqlıdır ki, təxminən eyni fikirlə hakimiyyətə yaxınlığı ilə seçilən millət vəkili Zahid Oruc da çıxış edib. 

“Azadlıq” radiosuna müsahibəsində Z.Oruc “Azərbaycan kimin yanındadır” sualına cavabında rabitəsizliyin olduğunu bildirib: “Təəssüf ki, bizdə rabitəsizlik var. Xarici İşlər Nazirliyi Azərbaycan siyasətini öz bildiyi şəkildə, parlamentarilər digər formada, hökumət nümayəndələri ayrı bir şəkildə xaricə çatdırır. Belə bir şəraitdə biz bir-birimizi təkrarlamaqdan çox, işə ziyan mövqelər tuturuq”.
Millət vəkili müsahibəsində Qərbin Azərbaycanı və Ermənistanı demokratik dövlət kimi görmək istədiyini də qeyd edib: “Qərb istəyir ki, hər iki dövlət demokratikləşsin. Avropa institutlarına yaxınlaşsın, əməkdaşlıq artsın. Qərbə görə cəmiyyətə, vətəndaş birliklərinə daha çox səlahiyyətlər verilməlidir, dövlətin rolu azaldılmalıdır və bundan sonra hər hansı “x” zamanında da ərazi bütövlüyü də həll olunacaq”. Lakin Z.Oruc hesab edir ki, bu, ziyanlı yanaşmadır. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8557

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031