Erməni deputatların çörəyi diz üstəymiş
NATO Parlament Assambleyasının Bakıda keçirilən “Rose-Roth”
seminarında iştirak edən Ermənistan nümayəndə heyəti bu gün axşam
seminar iştirakçıları üçün təşkil edilmiş rəsmi yemək mərasiminə
qatılmayıblar. Bu barədə nümayəndə heyətinin rəhbəri, hakim Republika
Partiyasından olan Koryun Naapetyan bildirib.
O, yemək mərasimindən imtinanı “Azərbaycan tərəfinin Ermənistanın və
ermənilərin ünvanına daim səsləndirdiyi təhqirlərlə” izah edib.
Deputat bildirib ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri bütün müzakirələrin gedişində erməniləri “terrorçu” adlandırırdı.
Həmçinin belə məlum olur ki, erməni deputat Azərbaycan KİV-lərində
gedən xəbərə də qəzəblənib. Həmin xəbərdə deyilirdi ki, seminarın
birinci günü Milli Məclisdə iştirakçılar üçün təşkil edilmiş rəsmi
ziyafətdə erməni nümayəndə heyətinin üzvləri Qarabağın azadlığına badə
qaldırıblar.
(Xatırladaq ki, ermənilərin Bakıda Qarabağın azadlığına badə
qaldırdığını nümayəndə heyətinin üzvü, İrəvandakı Strateji Araşdırmalar
Mərkəzinin rəhbəri Riçard Kirakosyan Twitterdə yazmışdı).
“Yazıblar ki, guya Azərbaycan parlamentinin sədrinin Qarabağən
şərəfinə badə qaldırmaq təklifinə biz də dəstək vermişik və ayaqüstə
badə qaldırmışıq. Belə şəraitdə başa düşdük ki, bugünkü yemək
mərasimində sadəcə olaraq iştirak etməmək lazımdır” – deyə K.Naapetyan
bildirib.
Vaxtilə Azərbaycanın çörəyini çox yeyən, ancaq sonradan bu çörəyi
tapdalayıb onun torpaqlarını işğal edən ermənilərin üç nümayəndəsinin
Bakıda yeməkdən küsməsi təbii ki, heç bir təəssüf hissi yaratmır.
NATO-nun seminarının gedişində tez-tez aranı qatan, sual vermək adı
altında söz alıb ermənilərin işğal siyasətinə haqq qazandıran və
Azərbaycanı ittiham edən bəyanatlarla çıxış edərək hamını boğaza yığan
üç erməni müftə yemək-içməkdən imtina etsə də yəqin ki, ac qalmayıb.
Çünki onlara erməni deyərlər, hələ bilmək olmaz ki, Milli Məclisin
mətbəxindən nə əkişdiriblər…
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=8561