Gülənin Azərbaycandakı məktəbləri bağlandı

19.06.2014 - 00:48

ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (ABTM) bu gün toplantısı keçirilib 

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və
“Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar
verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat
xidmətindən APA-ya verilən məlumata görə, ARDNŞ-nin həmtəsisçi olduğu
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (ABTM) bu gün
toplantısı keçirilib.

Toplantıda Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində
fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər
qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də
yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və
idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların
ləğv edilməsi məqsədəmüvafiq hesab edilib.

Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, “Araz Kursları”
MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa
çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək
münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri
qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda
təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili
başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər
görüləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8562

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031