İŞİD İraqın “ürəyini” ələ keçirdi
Iraq Şam İslam Dövləti (İŞİD) qruplaşması İraqın ən böyük neftayırma
zavodunu ələ keçirib. ANS PRESS-in məlumatına görə, İŞİD neftayırma
zavoduna öz bayrağını sancıb.
İraq rəsmiləri də xəbəri təsdiqləyib. Rəsmi məlumata görə, bu gün
səhər saatlarından terrorçu qruplaşma zavoda hücum edib. Bu zaman
təhlükəsizlik qüvvələri ilə İŞİD arasında şiddətli döyüşlər getməsinə
baxmayaraq zavod tamamilə terrorçuların əlinə keçib. İraqın hərbi
təyyarələrinin İŞİD-in mövqelərinə endirdiyi hava zərbələrindən sonra
zavodda yanğın başlayıb.
İyunun 16-dan fəaliyyəti dayandırılan zavod İraqın yanacağa olan
ehtiyacının yarısını ödəyirmiş. Beyci rayonunun İŞİD-in əlinə keçməsi
İraq iqtisadiyyatına ağır zərbə kimi qiymətləndirilir.
Gündəlik 600 min barrel neft əldə edilən zavodun fəaliyyətinin dayanması Şimali İraqda benzin qıtlığı yaradıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=8563