Rus serialinda hakimiyyətin ifşası
Azərbaycanın hərb nazirliyindəki korrupsiya “Otdel S.S.S.R” serialında
Azərbaycanın hərb nazirliyindəki korrupsiya “Otdel S.S.S.R” serialında
“Rossiya”1 telekanalında yayımlanan “Otdel S.S.S.R” serialının sonuncu
bölümü maraqlı sujet xətti üzərində qurulub. Bu dəfəki bölümdə serialın
qəhrəmanları Azərbaycanın Müdafiə Nazirliyindəki korrupsiya faktları ilə
bağlı qalmaqal ilə məşğul olurlar. Serialın sonuncu üç və dördüncü
bölümlərində Türkmənistan və Azərbaycan haqda da danışılır. Filmdə
türkmən, azərbaycanlı və erməni qəhrəmanlar da var.
Serialın süjet xətti Rusiya DİN-in nəznində yaradılan xüsusi idarənin
həyata keçirdiyi əməliyyatlar üzərində qurulub. Xüsusi idarənin adı isə
Keçmiş SSRİ ərazisində Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə
İdarəsidir. Azərbaycanla bağlı hadisələr idarə rəhbərinin iş otağındakı
həyata keçiriləcək əməliyyat barədə məruzədən başlayır. İdarənin xüsusi
əməliyyatlarını həyata keçirən qrupunun bir üzvü hesabatında bildirir
ki, onlara yeni tapşırıq daxil olub. Azərbaycanın Müdafiə Nazirliyinin
adı elə bu hesabat zamanı hallanır. Əməliyyat qrupunun üzvünün hesabatı
bu cür olur: “Azərbaycanda korrupsiya skandalı gündəmdədir. Yerli polis
narkotiklə bağlı bir nəfəri həbs edib. Həmin gənc özünə bəraət
qazandırmaq üçün istintaq zamanı müstəntiqə deyib ki, o, Azərbaycanın
Müdafiə Nazirliyində korrupsiya faktı barədə məlumatı bölüşməyə
hazırdır. Saxlanılan şəxsin sevgilisi də var. Qızın adı Səbinə
İsgəndərovadır. Səbinə İsgəndərova ABŞ-ın “Minisota Kooporation”
kompaniyasında tərcüməçi işləyib. “Minisota Kooporation” Azərbaycanın
Müdafiə Nazirliyinə tanklar və silah-sursat satmağa çalışıb. Tanklar həm
köhnə, həm də nasaz imiş. Amma Azərbaycanın Müdafiə Nazirliyində elə
məmurlar tapıldı ki, hətta bu cür tankları belə almağa hazır imişlər.
Amma bu addım təmənasız edilməmişdi. Müdafiə Nazirinin 3 müavini
üzərində bununla bağlı məhkəmə prosesi bir həftə sonra başlayacaq.
Azərbaycanın Daxili İşlər Nazirliyi bizə müraciət edib ki, biz Səbinə
İsgəndərovanı və Azərbaycan Müdafiə Nazirliyinin bir əməkdaşını Ələkbər
Səfərəliyevi qorumamız altına alaq. Siz həmin şəxsləri Moskva
yaxınlığındakı bazamızda qorumalısız. Hava limanında sizə Azərbaycan
səfirliyində çalışan Milli Təhlükəsizlik Nazirliyinin mayoru Rüstəm
Xəlilov da qoşulacaq. Amma şahidlərin təhlükəsizliyini biz təmin
etməliyik”.
edəcək 4 nəfərdən ibarət qrupun tərkibinə Suren Sarkisyan adlı bir
erməni də daxildir.
Serialda daha bir maraqlı məqam ondan ibarətdir ki, Milli Təhlükəsizlik
Nazirliyinin mayoru Rüstəm Xəlilov qorumalı olduqları şahidlərin
məhkəmədə ifadə verəcəkləri təqdirdə Müdafiə Nazirliyində yüksək post
tutan şəxslərin vəzifəsi ilə vidalaşmalı olacağını vurğulayır.
Hikmət
Short URL: http://www.cumhuriyyet.net/?p=8564