Müsavatın siyasi məhbus müəmması

19.06.2014 - 02:11

140 nəfərlik siyasi məhbus siyahısı Musavat ətrafı QHT və media düşərgəsində
tamam fərqli sayda göstərilməsinin pərdəarxası

 

 

Son
günlər Azərbaycanla bağlı siyası məhbuslar məsələsi xüsusi olaraq gündəmə gətirilib.
Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyinin başlaması ilə
hakimiyyətə qarşı insan haqları, demokratiya və siyasi məhbuslarla bağlı təzyiqlər
artıb. Belə bir şəraitdə hakim komanda durumdan çıxmaq üçün müxtəlif yollar
arasa da bir nəticə əldə edə bilmir, əksinə mövcud rejimin qanunsuzluqları daha
qabarıq şəkildə aşkarlanır. Bir müddət öncə
məhbusların müraciəti, Azərbaycan həbsxanalarında real durumun ictimaiyyətə
çatdırılması xüsusilə şok effekt yaratdı.

“Siyasi
Məhbuslarsız Azərbaycan” Alyansı tərəfindən ictimailəşən müraciət Ədliyyə
Nazirliyi Pentensiar xidmət tərəfindən böyük qəzəblə qarşılandı. Qurum o dərəcədə
həyacanlı və başını itirmiş halda idi ki, açıqlamasının fərqinə belə varmadı.
Gestapo rejiminə çevrilmiş həbsxanalardakı vəziyyəti dəyişmək, problemi
araşdırmaq əvəzinə Pentensiar xidmət”Siyasi Məhbuslarsız Azərbaycan” Alyansın
qeydiyyatı haqda danışmağa başladı. Bu məsələ həmin vaxt mediada kifayət qədər
işıqlandırıldı. Toxunmaq istədiyimiz məqam başqa məsələ ilə bağlıdır.
Cumhuriyyet.az-a daxil olan məlumata görə hakimiyyət siyasi məhbuslar məsələsi
ilə bağlı müxalifətin hər hansı bir qolu ilə əməkdaşlıq, daha dəqiq desək
“siyasi alver” yolları axtarır. Bu haqda cumhuriyyet.az-a danışan mənbənin sözlərinə
görə son vaxtlar artmaqda olan təzyiqlərin qarşısını almaq və Avropa
Parlamentində yeni siyasi məhbus siyahısının təsdiqindən yayınmaq üçün bəzi QHT-lər və siyasi partiyalarla birgə
plan qurulur: “Bu plana əsasən müxalifətin özü tərəfindən siyasi məhbus
siyahısında müəyyən “islahatlar” aparılaraq bu siyahı kiçildilir və həmin
siyahıdakı bir çox şəxslərın əfv olunması ilə bu problem həll edilir. Bunun
üçün həm bir neçə QHT-nin, həm də bəzi müxalif siyasi təşkilatların dəstəyi
lazımdır.”

Mənbəmiz
bu istiqamətdə artıq bəzi addımların atıldığını bildirməklə yanaşı bu prosesdə
Müsavat partiyasına yaxın QHT-lər, siyasi şəxslər və medianın iştirak etdiyini
söylədi: “Müsavat partiyasının rəhbərliyində təmsil olunan bəzi şəxslərin rəhbərlik
etdiyi QHT-lərin siyasi məhbus məsələsində Milli Şuraya daxil olan QHT rəhbərlərindən
fərli loyal mövqe tutması, partiyaya yaxın medianın səhifəsində “Azadlıq”
(AXCP), “Yeni Cumhuriyyət” (Milli Şura) qəəzetlərində olduğu kimi siyasi məhbus
siyahısının verilməməsi və digər bu kimi məqamlar bəlli əməkdaşlığın əlamətləri
sayılmalıdır”. Kifayət qədər ciddi ittihamların yer aldığı bu fikirlərin
reallığa nə dərərəcədə yaxın olduğunu yaxın dövrün siyasi proseslərində yəqin
ki, şahid olacayıq.

Apardığımız araşdırmalar da göstərir ki, mənbəmizin verdiyi məlumatlar
da diqqəti çəkən, reallığı əks etdirən xeyli məqamlar var. Belə ki, Musavat partiyasının əsas media rupou olan “Yeni Musavat” qəzeti 2 ilə
yaxındır ki, siyasi məhbusların şəkilli siyahısını ənənəvi qaydada öz səhifəsinə
yerləşdirməkdən imtina edir. Siyasi məhbusların əvf olunması məsələsini isə
vaxtaşırı olaraq özünə məxsus şəkildə diqqətdə saxlayır. Dövlət başçısının
humanistlik göstərərək az saylı siyasi məhbusların (!?) əhf olunmasını acizanə
şəkildə xahiş edən hüquq müdafiəçilərinin mövqeyini tirajlayır. Cəmiyyətə
tezliklə geniş əhf olacağı mesajını verməklə bu yöndə mübarizə aparanların
başının altına necə deyərlər yastıq qoyur. Məsələn, qəzet yazırdı ki, 19 iyunda
İlham Əliyev AŞPA- da edəcəyi çıxış öncəsi əhf sərəncamı imzalayıb bütün siyasi
məhbusları əfv edəcək. Adama sual edərlər; bəs nə oldu? Başqa bir misal; qəzet
ciddi- cəhdlə cəmiyyətə sırımaq istəyir ki, Azərbaycanda çox az sayda siyasi məhbus
var, təxminən 13 nəfər və guya “siyasi
dustaqlarla bağlı müxtəlif siyahlar hazırlansa da, Avropa Birliyi ilk növbədə
13 məhbusun azadlığında “olmazsa olmaz” kimi israr edir. Bunları bir daha təkrar
yazırıq:

Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar
Sadıxlı, Əvəz Zeynallı, Əli İnsanov, İlkin Rüstəmzadə və 7 NİDA-çı”(“Avropa Birliyinin iqtidarımızdan
“+13″ tələbi yazısı”, 15 may 2014- cü il, http://musavat.com/news/siyas%C9%99t/Avropa-Birliyinin-iqtidar%C4%B1m%C4%B1zdan-+13-t%C9%99l%C9%99bi_195455.html?welcome=1)

Əslində daha çox görünən
odur ki, Musavat partiyasının siyasi məhbuslarla bağlı yürütdüyü siyasət
Novella Cəfəroğlunun və Çingiz Qənizadənin daxil olduğu Monitorinq Qrupunun
yürütdüyü siyasətlə, məhbus siyahısı isə MQ- nın reallıqdan çox- çox uzaq olan
30 nəfərlik və ya “Yeni Musavat” qəzetinin tirajladığı +13 siyahısının mahiyyəti
ilə üst- üstə düşür. Digər tərəfdən partiya başqanı İsa Qəmbər də həmişə
Novella Cəfəroğlunun və “Yeni Musavat” qəzetini müdafiə edib, “onlara hücum
Musavata hücumdur” deyir.

Göründüyü kimi Milli
Şuranın elan etdiyi (eyni zamanda hüquq müdafiəçisi Leyla Yunusun, İnsan
Hüquqları Klubunun və “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın- red.) 140 nəfərlik siyasi məhbus siyahısı Musavat ətrafı QHT və media düşərgəsində
tamam fərqli sayda göstərilir. Bu yaxınlarda Musavat partiyasının siyasi məhbuslarla
bağlı mitinq elan edib sonda geri çəkilməsi də imitasiyadan başqa bir şey
deyildi. Yəqinki əlavə şərhə ehtiyac yoxdur. Görünür Musavat partiyasının 6 ay
öncə Milli Şuradan (həm də müxalifət camiyəsindən -red.) ayrılmasının çox ciddi
ideloji və siyasi səbəbləri var. O səbəblər zaman- zaman üzə çıxmaqdadır.

Son
zamanlar Musavat partiyasının siyasi məhbuslarla bağlı siyasətinə təsir göstərən
başqa bir ilginc fakt diqqətimizi çəkdi. Müsavat partiyasının fəallarından
olan, keçmiş siyasi məhbus Elşən Həsənovun”Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansın rəhbəri kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri
Mədət Quliyevə yazdığı məktubu yayılıb. E.Həsənov həmin məktubda “Yeni Müsavat”
qəzetinin əməkdaşı ilə birgə generalla görüş istəyini ifadə edib.

Məktubla
bağlı təhlilimizə keçməzdən öncə M.Quliyevə müraciətin mətnini olduğu kimi diqqətinizə
çatdıraq: “Yazıb xahiş edirəm edirəm ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin
tabeçiliyində olan cəzaçəkmə müəssisələrində yaranmış vəziyyətlə bağlı bizi, mən
Elşən Həsənovu və “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu qəbul
edəsiniz”.

Qısa
bir bir cümlədə buraxılan xeyli orfoqrafiq səhvlər yer alan müraciətə Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin hansı reaksiya verəcəyini deyə bilmərik.
Amma bildirək ki, apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, E. Həsənov
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri deyil və ümumiyyətlə
Alyansada belə vəzifə yoxdur. Digər tərəfdən adı çəkilən Alyans bir xeyli əvvəl
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini bu hüquq-müdafiə təşkilatının
informasiya sorğularına cavab verməkdən imtina etməsi ilə əlaqədar məhkəməyə
verib. Həm məhkəmə çəkişməsində olan, həm də bu günlərdə məlum açıqlaması ilə
Alyansı “qondarma və qanunsuz fəaliyyət göstərən, qeyri- legitim qurum”
adlandıraraq onu aşağılayan Penitensiar Xidmətə bu şəkildə müraciət təəccüb
doğurur. Görəsən sadə sualları cavablandırmayan Mədət Quliyevlə görüşdə nələrdən
danışmaq olar? Axı müsavatçı E.Həsənov cəzaçəkmə müəsisələrində monitorinq
keçirməyi yox, burdakı vəziyyətlə bağlı Penitensiar Xidmətin rəhbəri ilə görüşməyi
xahiş edir(!?). Niyə bu görüşdə Alyansın
digər üzvləri yox, media nimayəndəsinin olması istənilir? Niyə “Siyasi Məhbuslarsız
Azərbaycan” Alyansı adından istənilən görüş üçün siyasi məhbus siyahısını hər
sayında dərc edən qəzetlərin yox, “Yeni Müsavat”ın əməkdaşı təklif olunur? Biz
də bu suallara cavab tapmaq üçün məktubun müəllifi E.Həsənovun özü ilə əlaqə
saxladıq. Məktubla bağlı məlumatı təsdiqləyən və belə bir müraciət etdiyini
bildirən E.Həsənovla söhbətimizdə də suallara tam cavab tapa bilmədik.

Məsələ
ilə əlaqədar “Siyasi Məhbuslarsız Azərbaycan”İctimai Alyansının koordinatoru,
keçmiş vicdan məhbusu Oqtay Gülalıyevə müraciət etdik. O “Alyansla bağlı məsələlər
mətbuatda deyil, təşkilatda müzakirə olunur” deyərək sualımızı cavablandırmaq
istəmədi.

Başqa
bir mənbədən əldə etdiyimiz məlumatda qeyd olunur ki, son zamanlar fəallığı ilə
diqqəti cəlb edən “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın Musavat
partiyası tərəfindən nəzarətə alınması istiqamətində ciddi savaş gedir.
Musavatın rəhbərliyinin və divan üzvlərinin də təmsil olunduğu Alyansın rəhbərliyinə
adı çəkilən partiyanın öz üzvlərindən birinin rəhbər gətirilməsi, bununla da
partiyanın siyasi məhbus siyasətinin bu qurum tərəfindən həyata keçirilməsi
planlaşdırılır.

Görünən
odur ki, AXCP və Musavat arasında başlanan qovğa və sonuncunun Milli Şuradan
getməsi hər iki partiya üzvlərinin də təmsil olunduğu “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansında da gərginlik yaradıb. Bu gərginliyin
nə ilə sonuclanacağı yaxın zamanlarda bəlli olacaq. Araşdırmalarımız davam edəcək.

Xatırladaq ki, “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansı 2012- ci ilin avqustunda bir qrup keçmiş siyasi məhbuslar Sahib
Kərimov, Tural Abbaslı, Arif Hacılı, Oqtay Gülalıyev, Şahin Həsənli, Əhəd Məmmədli,
Zülfuqar Eyvazlı, Elşən Həsənov, Məhəmməd Məcidli, Elnur Məcidli və digərləri tərəfindən
yaradılıb.

Elçin Əmirov

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31