Mədət Quliyevin həbsxanaları

19.06.2014 - 10:34

Penitensiar Xidmətdən bildirildiyinə görə, 12 saylı Cəzaçəkmə
müəssisəsinin bir qrup dustağı adından yayılanlar – dustaqlara işgəncə
verilməsi, çoxsaylı qanunsuzluq faktları – “əsassızdır”. Adına “Xidmət”
deyilən, bildirildiyinə görə, araşdırma aparıb: “Məlum oldu ki”…
Sizcə, nə “məlum” ola bilərdi? “Müraciəti” imzalayanların “yoxluğu”. Sən
demə, 12-ci kalonda bu adda kimsə yoxdur. “Xidmət” bu yolla xalqa kələk
gəlməyə çalışır: imzalar yalandırsa, demək, yazılanlar da yalandır,
onların dililə desək, “əsassızdır”. “Xidmətin” başqa bir yöndən apardığı
“araşdırma” da çox uğurlu alınıb: sən demə, dustaqların “müraciətini”
yayan “Siyasi Məhbuslarsız Azərbaycan” qurumu “qeydiyyatdan keçməyən
ictimai birlikdir”. Demək, bu qurum da o dustaq imzaları kimi yalançı
qurumdur. Bax, belə: penitensiar “Xidmətin” operativ araşdırma
göstəricisi!

Birinci fakt: türmələr Ədliyə Nazirliyinə bağlıdır. Ikinci fakt:
“Siyasi Məhbuslarsız Azərbaycan” kimi qurumları Ədliyə Nazirliyi qeydə
alır. Indilikdə bu qurum qeydə alınmaq üçün iki yoldan birini
seçməlidir: 1) adını, xarakterini dəyişib, hökumətyönlü quruma
çevrilməli; 2) hökumətlə (burada Ədliyə Nazirliyi) bazarlığa gedərək
adına-xarakterinə uyğun olmayan çalışmalarda bulunmaqla bir sıra bəlli
“hökumətdən ayrı qurumlar” kimi rejimin yardımçı qurumuna çevrilməlidir.
Ortadakı çalışmalarından göründüyü kimi, qurum hələlik adına uyğun
çalışmalarda bulunmaqda, eləcə də adına uyğun xarakter sərgiləməkdədir.

Penitensiar Xidmətin “araşdırma” sonucu olaraq ortaya çıxardığı
nədir? Özünün xarakter görsənişi. Penitensiar Xidmətin baş qurumu olan
Ədliyə Nazirliyi, bəlli olduğu kimi, məhkəmələrin də baş qurumudur.
Məhkəmələrdə nə vaş verir? DƏHŞƏTLI qanunsuzluq, öldürücü özbaşınalıq!
Təkcə elə sonuncu siyasi proseslərdən biri olaraq NIDAçı gəncliyin
məhkəməsini yada salmaq yetər. Gəncləri bütünlüklə suçsuz yerə
qanunsuzluq, özbaşınalıq yoluyla 6-8 illik məhkəmə qərarları ilə
damladılar. Hələ mən son ilin Tofiq Yaqublu, Ilqar Məmmədov, Qurban
Məmmədov, Anar Məmmədli, Bəşir Süleymalı ilə bağlı oxşar məhkəmə
qərarlarını demirəm. Ortada polis-prokurorluq-ədliyə
nazirliyi-məhkəmə-türmə adlı bütünlüklə kriminal bir sistem var. Bu
sistemi görən, tanıyan, bu sistemdən keçməklə gedib türməyə çıxan
dustaqlar gördükləri qanunsuzluq, özbaşınalıq faktları ilə bağlı dövlət
başçısına üz tutarkən, indiki qoşullar içində ad-soyadlarını olduğu kimi
yaza bilərlərmi? Onlar indiki rejimin, indiki siyasi sistemin başında
duranın kimliyini gözəl bilirlər. Bilə-bilə də ona üz tutur, acınacaqlı
durumları ilə tanış etmək üçün onu türməyə çağırırlar.  – axı, bu
qanunsuzluq içində dağılan-dağıdılan dövlətin başqa başçısı yoxdur.
Boğulanın saman çöpünə əl atmağı sonuncu güman yeri deyilmi?

Ortada gerçək dövlət, dövlətçilik olsaydı, Azərbaycan türmələrində
bir belə basırıq, bunca basırıq içində dözülməz qanunsuzluq-özbaşınalıq
da olmazdı. Çağdaş dünyada dustaqlıq insan olaraq bitib-tükənmək,
yoxluğa yuvarlanmaq deyil, bəlkə, bundan qat-qat artıq suçunu yumaqla
daha insanca insanlıq arasına dönüş dönəmi deməkdir. Çağdaş dünyada –
indiki Azərbaycanda yox. Indiki Azərbaycanda IŞДћALÇI rejim yoluyla
insanlıq yaşamın DIBINƏDƏK qovulub sıxışdırılıb. Türmələr də o DIBlərdən
biridir. Bu rejimdə faktiki olaraq yaşamın DIBINDƏ də insanlığa dinclik
yoxdur – yaşadığına, daha doğrusu, var olduğuna görə IŞДћALÇI rejim
başçılarına, IŞДћALÇI rejim qulluqçularına varolma VERGISI ödəməlisən –
dustaq olsan da, olmasan da! Baxın, təkcə “uğurlu neft-qaz
strategiyasından” rejim başında duranlar milyardlar qazanırlar, di gəl,
bu, istərsə də başqa yollarla əldə edilən milyardlar azmış kimi,
üstəlik, xalqı da vəhşicəsinə soyub-yağmalayırlar! Qısası, bəlli bir
Ailə üçün “Bizim market” mağazalar şəbəkəsi nə deməkdirsə, türmələr də o
deməkdir – qazanc obyekti!

Xaliq Bahadır

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8567

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031