“Goolge”-da Azərbaycana qarşı təxribat
“Google maps”da Azərbaycana qarşı təxribata yol verilib
işğal altında olan digər ərazilərinin adı erməni dilində “Dağlıq Qarabağ
Respublikası” kimi göstərilib
Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən APA-ya verilən
məlumata görə, iyunun 18-dən etibarən xəritədə Dağlıq Qarabağ və
Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində “Dağlıq
Qarabağ Respublikası” kimi göstərilib. Respublika Seysmoloji Xidmət
Mərkəzi bəyan edib ki, mərkəz öz rəsmi saytında əksər ölkələrin
seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir:
“Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun
ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir
və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər
edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir”.
təxribat deyil: “Bundan əvvəl də belə hallar baş verib və tərəfimizdən
təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni
dilində göstərilməsi çıxarılmışdı.
Təəssüf hissi ilə bildirmək istəyirik ki, “Google” tərəfindən vaxtaşırı olaraq bu cür təxribatlara yol verilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8570