Prezidentlər hansı avtomobillərdən istifadə edir?

19.06.2014 - 13:57

İstər ölkə daxilində, istərsə də səfərlərdə
dövlət başçısının siyasətdən kənar imicini formalaşdıran şərtlərdən
biri də prezidentlərin xidməti istifadəsində olan avtomobilləridir.
Kennedinin təbirincə desək, ölkə ilk növbədə olimpiya oyunlarında
qazanılmış qızıl medallarla və prezidentlərin limuzinlərilə tanınır.
Maraqlıdır, bəs 21-ci əsrdə siyasi liderlər dünyanın siyasi tarazlığını
saxlamaq üçün görüşlərə, qəbullara, tədbirlərə hansı avtomobillərdə
tələsirlər?

Azərbaycan Prezidenti İlham Əliyevin xidməti
istifadəsində olan əsas avtomobil zirehli “Maybach 62” limuzinidir.
İlham Əliyev arabir özü də sükan arxasında əyləşir. Açılışlar zamanı
yeni salınmış yolların və keçidlərin rahatlıq və keyfiyyət səviyyəsini
yoxlamaq üçün prezident İlham Əliyev avtomobili bir çox hallarda özü
idarə edir.
Amerika
Birləşmiş Ştatlarının prezidenti Barak Obama zirehli “Cadillac
prezidential” avtomobilində gəzir. Bu avtomobil məxsusi olaraq Amerika
prezidenti üçün hazırlanıb. Onun hazırlanmasına 1.1 milyon dollar sərf
olunub. Avtomobilin bəzi texniki xarakteristikaları məxfi saxlanılır.
Barak Obama da arabir sükan arxasına keçir.
Qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gül rəsmi tədbirlərə “Mersedes” markalı zirehli avtomobillə gedir.
Rusiya
Federasiyasının prezidenti Vladimir Putin “Mercedes-Pullman”
avtomobilinə üstünlük verib. 1 milyon dollar qiyməti olan avtomobilin
uzunluğu 6 metrdir. Prezidentin avtomobili təhlükəsizlik baxımından ən
müasir texnologiyalarla təchiz edilib. Vladimir Putin tez-tez sükan
arxasında öz sürücülük məharətini sınayır.
İtaliya prezidenti Ciorcio Napolitano öz ölkəsində istehsal olunan “Lancia” avtomobilində gəzir.
Fransa prezidenti Fransua Ollandın avtoparkında bir neçə avtomobil olsa da, o daha çox “Citroen DS5″də gəzməyə üstünlük verir.
Öz
ölkəsinin avtomobil sənayesinə etibar edən Yaponiya İmperatoru Akihito
“Toyota Century Royal” limuzinindən istifadə edir. Avtomobil məxsusi
olaraq imperator üçün hazırlanıb.
Çin Xalq Respublikasının
sədri Si Tszinpin də xidməti avtomobil seçimində yerli istehsala
üstünlük verib. “Hongqi HQE 7600” zirehli limuzinin adı tərcümədə
“qırmızı bayraq” mənasını verir.
Almaniya kansleri Angela Merkel yerli istehsal olan “Audi A8 Long” avtomobilində hərəkət etməyə üstünlük verib.
Xanım siyasətçinin zirehli limuzininin qiyməti 1 milyon avroya yaxındır. Şəxsi avtomobilini isə Angela Merkel özü idarə edir.
Böyük Britaniyanın baş naziri Devid Kemeron zirehli “Jaguar XJ Sentinel” avtomobilindən istifadə edir.
Arzu edək ki, prezidentlərin bu avtomobillərdə tələsdikləri görüşlər dünyanın əmin-amanlığına, sülhə xidmət etsin. /modern.az/

Short URL: http://www.cumhuriyyet.net/?p=8576

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930