Milli Şuradan hökumətə müraciət

19.06.2014 - 14:05

Milli Şuranın bu ay üçün sessiyası
iyun 6-dan sonra keçirilməli idi. Artıq bu tarixdən iki həftə keçir,
amma qurumun iclası haqda məlumat yoxdur.
MŞ Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Hafta.az-a açıqlamasında bildirib ki, sessiya haqda müzakirələr aparılır:
“Toplaşmaq
üçün yer problemi var. AXCP-nin qərargahı həm də Milli Şuranın ofisi
idi. O da partladıldı. Başqa yerlərlə danışıqlar gedir. İstər özəl,
istərsə də dövlət müəssisələri Milli Şuranın toplanması üçün yer
ayrılmasına inkar cavabı verir. Sessiya keçirilənə qədər Koordinasiya
Mərkəzinin iclasları keçiriləcək. Hələ ki, fəaliyyətimiz tam dayanmayıb.
Amma yer məsələsinə görə müəyyən problemlər var”.
 V.Mirkamal deyib ki, sessiya keçirmək üçün hakimiyyətdən yer istəyəcəklər:
 “Müzakirəmizin
sonunda qərar verdik ki, hakimiyyətin özünə müraciət edək ki, bizə
sessiya keçirmək üçün yer ayırsın. Beynəlxalq Mətbuat Mərkəzi də daxil
olmaqla, 80-100 nəfərlik bir neçə yerə müraciət olunacaq. Milli Şuranın
sessiyası gecikir, buna görə də bu həftə müraciət edəcəyik”.
Vidadi Mirkamal Klassik Xalq Cəbhəsi Partiyasının ofisində sessiya keçirmək problemlərinin də olduğunu deyib:
“Hər halda KXCP-də də problem var. Olmasa idi, orada keçirərdik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=8578

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31