Zakir Həsənov mühasirədə

19.06.2014 - 14:49

Səfər Əbiyev kimi
güc sahibindən sonra yeni nazir Vahid Əliyevin və Nəcməddin Sadıkovun əsirinə
çevrilib

Səfər Əbiyev kimi
güc sahibindən sonra yeni nazir Vahid Əliyevin və Nəcməddin Sadıkovun əsirinə
çevrilib
 
Bir
müddət öncə müdafiə naziri zakir Həsənovun istefa ərizəsi yazması haqda xəbər
yayılmışdı. Həmin xəbərdə göstərilirdi ki, Müdafiə Nazirliyi sistemində  Rusiyaya yaxınlığı ilə tanın generallar Baş
Qərargah rəisinin göstərişi ilə ciddi hərəkətə keçib  və bu yüksək rütbəli hərbçilərin sıraları
Müdafiə Nazirliyində o həddə genişlənib və təsir imkanları o dərəcədə artıb ki,
nazirliyə Daxili Qoşunlardan gəlmiş general Zakir Həsənovun iradəsindən kənar
prosesləri həyata keçirə bilirlər: ” Nazir isə ordudakı problemlərə son qoymaq,
Azərbaycan ordusunu NATO standartlarına tam uyğun gələn ordu səviyyəsinə
qaldırmaq üçün gələrkən nəzərdə tutduğu planları gerçəkləşdirməkdə çətinlik
çəkir. Onun bu planları çox ciddi maneələrlə qarşılaşır.  Zakir Həsənov normal islahatlar keçirməsinə
ciddi əngəllər yaradıldığı, bir sıra hallarda sapotajla üzləşdiyi barədə artıq
Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə edib. Mənbənin dediklərinə
inansaq, general-polkovnik prezidentə belə vəziyyət davam edəcəksə, ona mane
olan qüvvələr zərərsizləşdirilməyəcəksə, nazir vəzifəsində qalmağının mənasız
olduğunu və istefasının qəbul olunmasını xahiş edib”.

Bir
qədər sonra həmin məlumat təkzib olundu. Müdafiə Nazirliyinin rəsmi
açıqlamasında bildirildi ki, Z.Həsənovun istefa məsələsi yalan məlumatdır. Amma
xəbərin digər tərəfi, yəni ordu sistemində nazirə diktə edən qüvvələrlə bağlı
məqam açıq qaldı. Halbuki daha ciddi məsələ məhz bu idi. Bununla bağlı
cumhuriyyet.az-ın apardığı araşdırmalar da onu göstərir ki, Səfər Əbiyev kimi
güc sahibindən sonra yeni nazir doğurdan da bir çox qüvvələrin əsirinə
çevrilib. Müdafiə Nazirliyindəki strateji vəzifələrə öz adamlarını yerləşdirmək
məsələsində Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant
Vahid Əliyev birinci yeri tutur. Bu haqda cumhuriyet.az-a daxil olan məlumatda
bildirilir ki, V.Əliyevin yeni vəzifəyə təyin etdirdiyi adamların əksəriyyəti
nə peşəkarlıqlarına, nə də qəbul edilmiş əsasnaməyə görə bu vəzifəyə layiq
deyillər. Müdafiə Nazirliyinin bütün alqı-satqı, ərzaq və təminat idarələri
birləşdirilərək bir əldə cəmləşdirilir və bununla da ərzaq xidməti, əşya
xidməti, tender komissiyası və başqa bu kimi milyardların xərcləndiyi strateji
qurumlar ləğv edilərək əvəzində Təchizat İdarəsi yaradılıb. V.Əliyevin əmisi
oğlu İlham Əliyev bu idarəyə rəis müavini təyin edilib.
İlham Əliyev
mülki işdən çağırılıb və ona heç bir rütbəsi olmadığı halda birdən-birə mayor
rütbəsi verilib. Yeni vəzifə alan İ. Əliyev mülki həyatda sadəcə aptek müdiri
olub. Mənbə
bildirir ki, daha bir müdhiş fakt odur ki, yeni yaradılan Təchizat İdarəsinə
rəis də mülki işdən 55 yaşlı bir şəxs gətirilib.
Bildirilir ki,
“Meşəbəyi” restoranlar şəbəkəsinin və “Ovçular ət və ət məhsulları” MMC-nin
sahibi Ə.İsgəndərov mülkidən çağırılaraq birbaşa idarə rəisi vəzifəsinə təyin
olunub. Məlumatda o da iddia olunur ki, general Vahid Əliyevin qohum-əqrəbası
təkcə Müdafiə Nazirliyinə deyil, digər dövlət strukturlarına da yerləşdirilib.
Xatırladaq ki, bir neçə gün öncə Vahid Əliyevin Müdafiə Nazirliyinin ən
strateji vəzifələrinə təyin etdirdiyi kadrların siyahısı mediada dərc olunub. Həmin kadrlar isə bunlar idi.

– Hərbi
Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov. Ramiz Tahirov bu
vəzifəyə təyin edilməmişdən əvvəl general-leytenant Vahid Əliyevin müavini idi.

– Hərbi Nəşriyyatın
rəisi polkovnik-leytenant Füzuli Abbasov. Hansı ki, Füzuli Abbasov Hərbi
Nəşriyyata təyin edilməmişdən bir neçə gün əvvəl həmin vəzifəyə
polkovnik-leytenant Rəşad Abuzərov təyin edilmişdi və Vahid Əliyev onun əmrini
ləğv etdirərək öz kadrı Füzuli Abbasovu ora təyin etdirib. Füzuli Abbasov
vaxtilə hərbi məktəbdə Vahid Əliyevlə birgə oxuyub və onların yaxın
münasibətləri var.

– Kəşfiyyat
İdarəsinin rəisi polkovnik İlqar Mazanov. Bu şəxs vəzifəyə gətirilməmişdən
əvvəl özəl banklardan birində mühafizə xidmətinin rəisi olub. İlqar Mazanovun
müavini də kənardan gətirilib və onun da orduya aidiyyəti yoxdur. O, Vahid
Əliyevin yerlisidir.

– Təşkilat
Səfərbərlik İdarəsinin rəis müavini Hikmət Xalıqov. Bu şəxs vaxtilə Biləcəri
toplanış məntəqəsində işləyirdi və hamıya bəlli olduğu kimi rüşvətə görə işdən
kənarlaşdırılmışdı. İddialara görə, Hikmət Xalıqov Vahid Əliyevin dostudur.

– Hikmət
Xalıqovun qardaşı Tahir Xalıqov isə İşlər İdarəsinin rəisi vəzifəsinə
gətirilir. İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərov məzuniyyətdə
olduğundan hələlik bu təyinatı rəsmiləşdirə bilmirlər. Amma məzuniyyət bitən
kimi əmr veriləcək.

– Silahlı Qüvvələrin
İnspeksiyasının rəisi polkovnik Fəxrəddin Cəbrayılov. Bu şəxsin də Vahid
Əliyevin kadrı olduğu iddia olunur.

Bununla
bağlı əldə etdiyimiz xəbərlərdə bildirilir ki, Müdafiə Nazirliyindəki  kadr islahatlarında baş qərargah rəisi
Nəcməddin Sadıkovun mühüm rolu olub. Verilən xəbərlərə görə, müdafiə naziri dəyişildikdən
sonra Nəcməddin Sadıkov fürsətdən istifadə edərək öz məqsədlərini reallaşdıra
bilib. Az müddət əvvəl bu güc strukturunda onun əsas rəqiblərindən birinə yaxın
şəxslərin “vurulması”, keçmiş müdafiə nazirinin işdən çıxardığı şəxslərin
nümayişkəranə şəkildə yüksək postlara təyin edilməsi Nəcməddin Sadıkovun xüsusi
ssenarisinin tərkib hissəsidir. Artıq çağırış sistemini nəzarətə götürən
Nəcməddin Sadıkov digər məqsədlərini də reallaşdıra bilib. Əvvəllər nazirlikdə
o qədər də söz hüququ olmayan baş qərargahın rəisi Nəcməddin Sadıkov sabiq
rəqiblərinə ən yaxın adamlarını bir-birinin ardından vəzifədən kənarlaşdırıb.
Əslində, onun bu gedişlərinin ölkəmizin müdafiə qüdrətinə, hərbi gücünə də
təsirsiz ötüşməyəcəyi bəllidir. Məsələ burasındadır ki, yola salınanlar
arasında kifayət qədər peşəkar hərbçilər var. Lakin təəssüf ki,  belə addımı atanda ağına-bozuna baxmadılar.

Nazirlikdən
uzaqlaşdırılanlar həmin generalın rəqiblərindən birinə yaxın olduqlarından
hamısı ucdantutma işdən çıxarıldı. Ancaq qarşı tərəfin də reaksiyası ortadadır.
Məsələ burasındadır ki, həmin dəyişikliklərin orta zabit heyəti ranqına qədər
endirilməsi narazılıqlarla qarşılanmaqdadır. Güc strukturunun üst heyətdə
dəyişikliklər demək olar ki, yekunlaşmaq üzrədir. Lakin indi də Nəcməddin Sadıkov
sabiq rəqiblərinə ən yaxın olan orta ranqlı zabitlər hədəfə alınıb. Bütün
bunlar onu göstərir ki, Nəcməddin Sadıkov şəxsi ambisiyalarını həyata keçirir.
Əldə etdiyimiz xəbərlərə görə, bu gün faktiki olaraq Nəcməddin Sadıkovun
iradəsindən asılı vəziyyətə düşən bəzi zabitlər artıq çıxılmaz durumla
üzləşiblər.

Qeyd
edək ki, Zakir Həsənov nazir olduqdan sonra Müdafiə Nazirliyində apardığı kadr
dəyişikliklərinin ordudakı nöqsanları, qanunsuzluqları aradan qaldırmağa
hesablandığı düşünülərək, içtimaiyyət tərəfindən müsbət qarşılanmışdı. Amma
istefaya göndərilən peşəkar hərbicilərin əvəzinə nazirliyə gətirilənlər məlum
olduqdan sonra Zakir Həsənovun kadr islahatlarının arxasında xoş niyyətin
dayandığı şübhə yaratdı.
Məlum oldu ki, məqsəd ordu rəhbərliyini
təkmilləşdirmək, daha peşəkarları vəzifəyə gətirmək deyil, sadəcə sabiq nazir
Səfər Əbiyevə yaxın olan şəxsləri Müdafiə Nazirliyi sistemindən təmizləməkdir.
Hətta bəzi hərbi ekspertlər aparılan kadr dəyişikliklətrinin qisasçılıq
xarakteri aldığını bildirərək,
bunun ordu üçün ağır nəticələr verə biləcəyini, Səfər Əbiyevin kadr siyasətinin daha
mükəmməl olduğunu
qeyd ediblər. Yuxarıda göstərilən faktlar bu
narahatçılığın əbəs olmadığını göstərir. Müharibə vəziyyətində yaşayan ölkənin
ordusunun rəhbərliyinə aptek müdiri, restoran sahibi, mühafizəci və sair kimi
hərbidən uzaq sahələrdə işləyən şəxslərin gətirilməsinə nə ad vermək olar?

Bu bir daha təsdiqləyir ki, Səfər Əbiyevin çıxarılaraq
yerinə Zakir Həsənovun gətirilməsində məqsəd heç də ordudakı problemləri həll
etmək olmayıb. E
buna görə Müdafiə Nazirliyində rəhbər vəzifələrə aptek müdiri, restoran sahibi
kimi şəxslər gətirilir.

Azərbaycan
Respublikasının müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş
Qərargah rəisi, general Nəcməddin Sadıkov da bu güc strukturundakı bütün əsas
mövqeləri ələ keçirib. Hələ üstəlik mövqelərini bir az da gücləndirib. Belə ki,
o, özü üçün rəqib saydığı ali rütbəli zabitləri vəzifələrindən uzaqlaşdırdıqdan
sonra nazirliyin bir sıra prestijli vəzifələrinə öz kadrlarını yerləşdirib.
Bütün bunlar isə Zakir Həsənovun nazirlikdə əsas söz sahibi olmadığını bir daha
sübut edir. Mövzuya qayıdacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=8580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31