Azərbaycanın kəşfiyyat sistemi dəyişiləcək

19.06.2014 - 15:08

Azərbaycanda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklik edilməsi
nəzərdə tutulur.

 

 

Milli Məclisdən Trend-ə verilən məlumata görə, qanunlara edilən
dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və
əməliyyat-axtarış fəaliyyətlərini “Dövlət sirri haqqında” Azərbaycan
Respublikası qanununa uyğunlaşdırmaqdır.

 

 

Beləki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun
7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə
görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki
vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin
“Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq
keçirilməsi nəzərdə tutulur.

 

 

Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə
dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə
işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.

 

 

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 6-cı maddəsinə
nəzərdə tutulan dəyişikliyə əsasən, öz qulluq mövqeynə görə məxfi
məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər
barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” qanuna uyğun olaraq
keçirilməsi nəzərdə tutulur.

 

 

Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya
xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd
edilib.

 

 

Qeyd edək ki, hər iki qanun layihəsi parlamentin iyunun 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 
 
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=8581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31