İŞİD-lə İraq ordusu arasında şiddətli döyüş gedir
İraq ordusu Beyci şəhərində neftayırma zavoduna aviazərbələr endirib
TV nin məlumatına görə, şəhərətrafı bölgələrdə silahlıların hücum
edəcəyi ehtimalı ilə əlaqədar vəziyyət gərgin olaraq qalır.
fonunda Beyci şəhərində neftayırma zavodunda yanğın baş verib. Həvəskar
çəkiliş zamanı zavodun İraq hərbi hava qüvvələrinin aviazərbələri
nəticəsində yandığı qeyd olunur.
şəhərində zorakılıqlardan qaçan türkmən sakinlərinin sayı 150 mini
keçib. Bir qədər əvvəl hökumət qüvvələri şəhərdə nəzarətin bərpa
olunduğunu açıqlasalar da, gərgin vəziyyət insanların təlaşını
yatırmayıb. “Vallah, ölməkdən qorxduq, qardaş. Üstümüzə bomba düşə
biləcəyindən qorxduq. Ona görə də şəhəri tərk edirik” – deyə türkmən
sürücü qeyd edib.
Merkel gərgin vəziyyətə görə Amerika hökumətinin xüsusi məsuliyyət
daşıdığını bildirib. Merkel, Almaniya hökumətinin də İraqdakı siyasi
vəziyyətin stabilləşməsində əlindən gələni edəcəyini qeyd edib.
Britaniyanın baş naziri Devid Kemeron isə, ölkə parlamentində vəziyyəti
şərh edərkən bildirib ki, İraqdakı zorakılıqların bizə heç bir
aidiyyəti olmadığını düşünənlərlə qətiyyən razı deyiləm. Əlbəttə ki,
aidiyyəti var. Oradakı rejim qüvvələri, eyni zamanda, Böyük Britaniyaya
hücum etməyi planlaşdırır. “Ona görə də, müdaxilə etmək məsələsində
səbrli, düşüncəli və uzaqgörən şəkildə davranmalıyıq”.
hökuməti Amerika Birləşmiş Ştatlarına İŞİD silahlılarına hərbi müdaxilə
etməsi üçün rəsmi müraciət edib. Bu barədə ölkənin xarici işlər naziri
Xoşyar Zəbari ölkədəki gərgin vəziyyətlə əlaqədar ərəb ölkələrinin
xarici işlər nazirləri ilə görüşüb. Səudiyyə Ərəbistanının Ciddə
şəhərində baş tutan görüşdə Zəbari İraqı parçalamağa çalışan qüvvələrə
qarşı mübarizədə ərəb ölkələrinin dəstək göstərməsini istəyib. “Əlbəttə,
hökumətin əsas prioriteti strateji mövqelərə qarşı edilən hücumların
qarşısını almaq və əks-hücum etmək üçün vaxt qazanmaqdan ibarətdir.”
Hökumət silahlıların mövqelərinə aviazərbələr endirməsi üçün Amerika
Birləşmiş Ştatlarına müraciə edib. Bu, müraciət İraqla Amerika arasında
əldə olunan strateji əməkdaşlıq razılaşmasına əsasən edilib.
etiraf edib ki, hərbi əməliyyatlar məsələnin yeganə həll yolu deyil.
Onun sözlərinə görə, hökumət daha radikal və siyasi qərarlar qəbul
etməklə problemlərin həllinə çalışmalıdır.
müdafiə naziri Çak Heyqelin açıqlamalarından belə aydın olur ki, İraqa
hərbi müdaxilə etməyəcək. “Biz İraq üçün əlimizdən gələni etmişik.
Ölkədəki zorakılıqların qarşısını almaq məsuliyyəti İraq xalqının
üzərinə düşür. İraqlılar özləri öz ölkələrini idarə etmək istəyirdilər.
Buna görə Amerikanı günahlandırmaq doğru deyil. İraq hökuməti heç bir
zaman sünni, şiə və kürdləri bir araya gətirə bilməyib”.
dövlət departamentinin məbuat katibi Cen Saki Amerika hökumətinin
məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində münasibət
göstərəcəyini bildirib, “ABŞ rəhbərliyi İraqa quru qoşunları
göndərməyəcək. İraq hökuməti Vaşinqtona radikal qruplaşmalarla
mübarizədə yardım üçün müraciət edərək, ABŞ-dan İŞİD qruplaşmasının
mövqelərinə aviazərbələr endirməyi xahiş edib.”
Evin rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatların birbaşa hərbi
əməliyyatlarda iştirakı İraqın problemlərini həll etməyəcək. İraqdakı
vəziyyətə görə məsuliyyəti ABŞ-ın üzərinə yıxmaq lazım deyil, çünki
İraqın hazırki hökuməti öz üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirməyib və sünnilərlə və kürdlərlə əməkdaşlıq etməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8582