KİA servisdə sığorta maxinasiyaları

19.06.2014 - 15:39

Mustafa Şatlı
təmir xidmətində talançılıqla məşğul olur


 

Azərbaycanda biznes mühiti
monopoliyalaşdırıldığından qanunlar da oliqarxların maraqlarına
uyğunlaşdırılır. Normal haqların belə tanınmadığı cəmiyyətdə vətəndaşların
hüquqlarının pozulması adsi hala çevrilib. Bu dəfə cumhuriyyet.az-a daxil olan
fakt isə həmkarımız, Olaytv.az saytının baş redaktoru Ramin Məhəmmədoğlunun
üzləşdiyi qanunsuzluqla bağlıdır.

Məlumat üçün bildirək ki, R.Məhəmmədoğlu bir neçə
ay öncə  şəxsi avtomobili ilə ( “KİA
CERATO” ) avto qəzaya düşmüşdur. Onun idarə etdiyi KİA CERATO avtomabili
ATASДћORTA şirkəti tərəfindən sığorta olunub. Hadisə zamanı sığorta işçiləri
tərəfindən baxış keçirilmiş və avtomabilə dəymiş zərəri ATASДћORTA şirkəti 11.250 (on bir min iki yüz əlli ) manat
hesablanaraq, avtomabilin təmiri üçün göstərilən məbləğ bank hesabına
yatırılmışdır. Bundan sonra avtomobil KİA servisin Bakıxanov qəsəbəsində
yerləşən baş ofisində təmir üçün saxlanılıb. Üstündən 3 ay müddət ötməsinə
baxmayaraq KİA servisin xidməti təmiri başa çatdırmamışdır. Sözügedən servisin
təmir üzrə direktoru Müstafa Şatlı bu günlərdə baş redaktora sığorta şirkəti
tərəfindən 11250 manat ayrılmasından əlavə, avtomabilə dəyən zərərin bəzi detal
hissələrini siyahı şəkilində yazaraq R.Məhəmmədoğlundan həmin detalların
alınmasını istyib. Təxminən 3 min manatlıq bu deallardan əlavə müştəridən 3000
manat servizə pul ödənilməsi tələb edilmişdir. Bu məbləğləri sığorta şırkətinin
ayırdığı vəsaitlə birləşdirsək təxminən 17 min 250 manat pul edir. Bldirək ki,
qəzaya uğramış avtomobilin hazırda satış qiyməti 17 min 800 manatdır. Başqa
sözlə servisin təmir xidməti vətəndaşdan təzə avtomobilin qiymətini tələb edir.
Müstafa Şatlı isə tələb olunan məbləği ödəmədiyi təqdirdə maşının təmir
olunmayacağını bildirib.

Məsələ ilə bağlı apardığımız araşdırmalarda KİA
servisinin digər maxinasiyaları ilə bağlı da məlumat əldə etmişik. Mənbənin
cumhuriyyət.az-a verdiyi məlumata görə servisdə təmir zamanı qiymətləndirmə
ikili aparılır. Birinci qiymətləndirmə açıq olur və bu sığorta şırkəti ilə
razılaşdırılır. Bu halda, əmlakın dəyəri müştəriyə bəlli olur. Amma bu
“şəffaflıq” heç də bizim anladığımız, hər kəsi məmnun edən şəffaflıqdan deyil.
Ona görə ki, qiymətləndirmədən öncə qiymətləndirici təşkilatlarla servis
arasında separat anlaşma əldə olunur. Bu anlaşmaya görə, əmlak real dəyərindən
ən pis halda, 2 dəfə çox qiymətləndirilir.  Bu prosesin başında isə məhz Mustafa Şatlı
durur.

KİA srvisin sığorta şərti ilə təmir prosesindəki
digər maxinasiyaları haqda araşdırmalarımız davam edir. Mövzuya qayıdacayıq.

Malik

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031