Ermənistan Naxçıvanı tutur

19.06.2014 - 16:22

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin Naxçıvan
istiqamətində bu günlərdə gedən güclü atışmaların səbəbi üzə çıxıb.
Erməni
hərbi qaynaqları Naxçıvanla sərhəddə neytral ərazidə yerləşən bir neçə
strateji yüksəkliyi tutduqları barədə xəbər yayıblar. “Regnum” agentliyi
erməni hərbi portal razm.info-ya istinadən xəbər verir ki, Ermənistan
ordusu səssiz-səmirsiz Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm
sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən,
sutkalıq temperatur fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən
yüksəklikləri tutublar.
İddia olunur ki, Azərbaycan hərbçiləri bu
əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları
mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb. Bu əməliyyat
nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri
Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb. Hazırda
ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının
kommunikasiyaları, eyni zamanda 25-30 kilometr məsafədə yerləşən
Naxçıvan şəhəri aydın görünür. Əməliyyat nəticəsində Ermənistan ordusu
Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət
edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da
yayıb.
Xatırladaq ki, Naxçıvanla sərhəddə atışma xəbərləri
gələndə yerli sakinlər virtualaz.org-a ermənilərin neytral ərazidə bəzi
yüksəklikləri tutduqları barədə məlumat vermişdi. Müdafiə Nazirliyi isə
bu məlumatları təkzib edirdi (Virtualaz.org).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8584

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930