İcra başçısı İsmayıllıda üsyan yetişdirir

19.06.2014 - 17:36

İsmayıllı rayon icra başçısı ilə bağlı yeni
məlumatlar daxil olub. Redaksiyamıza daxil olmuş şikayətdə bildirilir
ki, rayonundakı məmur özbaşınalığı pik həddə çatıb. 
İcra
başçısı elə vəziyyət yaradıb ki, məmurlarda ondan narazı düşüb. Verilən
məlumatdalarda deyilir ki, icra başçısının həyata keçirdiyi “islahat”lar
nəticəsində durumu pisləşən İsmayıllı camaatının torpaqları da
əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri
ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğuldur. Deyilənlərə
görə həttda yerli sakinlərin pay torpaqları özlərindən xəbərsiz
satılmışdır. Mənbə bildirir ki, rayon rəhbərinin göstərişi ilə meşələr
gütləvi şəkildə qırılıb parket sexlərinə verilir. Vəziyyətin
dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində
rüşvət tələb olunduğundan camaat nə edəcəyini bilmir. Eyni zamanda
rayona ayrılmış küllü miqdarda dövlət vəsaitinin xərclənməsində
şəffaflığın olmaması da daxil olan məlumatlar arasındadır. Mənbənin
sözlərinə görə, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri öz
qohumu olan ratikal mxalifətçiyə həvalə edib. Hazırda icra başçısı ilə
həmin radikal şəxsi bağlayan şübhəli tellərlə bağlı araşdırmalarımız
davam edir və odur ki, bu məsələyə yenidən qayıdacağıq. Çünki, ən son
məlumatlarda bildirilir ki, həmin müxalifətçi şəxs rayonda vahabilərə
arxa duraraq onları maliələşdirir.
İsmayıllı rayon
icra başçısı Mirdaməd Sadıqov sahibkarlara qarşı “səlib yürüşünə” çıxıb.
Bu günə qədər müxtəlif iş adamlarına məxsus ərazilər heç bir əsas
olmadan icra başçısı tərəfindən satılır və ya qonşu rayonlarda yaşayan
imkanlı iş adamlarına satılır. Mənbəmiz iddia edir ki, artıq sahibkarlar
İsmayıllıdakı bu dözülməz vəziyyətlə bağlı Prezident Adminstrasiyasına
da müraciət ünvanlamağı düşünürlər. İcra başçısının qanunsuzluqlarının
cəzasız qalmayacağı isə şübhəsizdir. Hər halda İsmayıllı iğtişaşlarının
yenidən təkrarlanmasını heç kim arzulamaz.(azerinews.tv)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8587

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30