General yaxın qohumlarına yüksək vəzifə verdi

19.06.2014 - 17:54

General-mayor Ramiz Tahirov Hərbi Hava
Qüvvələrinin (HHQ) komandanı vəzifəsinə təyin edildikdən sonra rəhbərlik
etdiyi hərbi birləşmədə apardığı dəyişiklikləri təəccüblə qarşılanıb.
AzNews.az-a daxil olan məlumata görə, R. Tahirovun komandan postuna yeni
təyinatına sevinən HHQ-nın zabit-gizir heyəti bir müddət sonra
qarşılaşdıqlarına təəssüflənməyə bilməyiblər.
Buna əsas yaradan səbəblərdən biri isə R. Tahirovun HHQ-da apardığı kadr
dəyişiklikləri olub. Belə ki, R. Tahirovun verdiyi son qərar HHQ-da
qohumbazlıq kimi qarşılanıb və buna yüksək rütbəli zabit heyəti, o
cümlədən komandirlər ciddi etiraz edib. Bir sözlə R. Tahirovun xalasının
oğlanlarının HHQ-da yüksək postlara təyin etməsi heç də müsbət
dəyərləndirilməyib. Digər tərəfdən bu yüksək vəzifəyə təyin edilən
xalaoğlanları həm də bir-biri ilə qardaşdırlar.
Xatırladaq ki, R. Tahirovun əmrinə əsasən, yaxın qohumları olan Müşfiq
Şabanov HHQ Qərargah rəisinin müavini, Emin Şabanov isə arxa cəbhə
təminatı idarəsinin rəisi postlara təyin edilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı
mübarizə haqqında” Qanunun 7-ci maddəsinə görə, vəzifəli şəxsin yaxın
qohumları bilavasitə onun tabeliyində heç bir vəzifə tuta bilməzlər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8590

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031