Razim Məmmədovun iki milyonluq villası və yüz minlik gülləri

19.06.2014 - 18:40

Xətainin icra başçısı Novxanıda inşa etdirdiyi dəbdəbəli villasında əkmək üçün xaricdən yüz min manatlıq gül gətizdiribXətainin icra başçısı Novxanıda inşa etdirdiyi dəbdəbəli villasında əkmək üçün xaricdən yüz min manatlıq gül gətizdirib

İcra başçısının Novxanı qəsəbəsində dəyəri
milyon manatlarla ölçülən 2 mərtəbəli villasının həyətində xarici
ölkələrdən xüsusi gətirilmiş qiymətli güllər əkdirib. Bildirilir ki,
Xətainin icra başçısı həmin güllərə yüz min manat xərc çəkib.
Razim
Məmmədov villasındakı gülllərə və çiçəklərə qulluq edilməsi üçün bir
neçə bağban da işə alıb. Bağbanlar peşəkar olduqlarından icra başçısının
onların hər birinə 2000 manat maaş verdiyi qeyd olunur.. 
Daxil
olan məlumatda göstərilir ki, Razim Məmmədov qonaqlarına tez tez
baxçasındakı gülləri göstərərək hansı ölkələrdən gətizdirdiyini və necə
olduğu haqqında məlumat verir. 
Qeyd olunur ki,
Razim Məmmədovun Novxanındakı villasının ətrafındakı evlərin
əksəriyyəti ən yaxın qohum-əqrabası və tanışlarıdır. Bildirilir ki, icra
başçısının villasının yanında yeni bir dəbdəbəli imarətdə inşa edilir.
Bu imarətin isə dayısı Zaman İsgəndərova məxsus olduğu bildirilir. 
Qeyd edək ki, Razim Məmmədov 2006-cı ildən Xətai rayon icra hakimiyyəti başçısı vəzifəsində işləyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…(pia.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8595

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031