ABŞ Rusiyaya qarşı İranla yaxınlaşmağa çalışır?


zamanlar həm xarici həm də yerli mətbuatda ABŞ və İranın yaxınlaşmasına
aid xəbərlər gəzir. ABŞ və İran arasındakı buzların əridiyi və
münasibətlərin yaxşılığa doğru getdiyi bildirilir. Ağ Evin Rusiyanı
cəzalandırmaq məqsədi ilə İran neftinin dünya bazarına çıxmasına şərait
yaratdığı ilə bağlı maraqlı xəbərlər isə gündəmi zəbt edib.
Əlizadənin fikrincə ABŞ və İran arasında anlaşma olması zamanın
tələbidir və bu anlaşma İrana olan sanksiyaların aradan qaldırılması ilə
nəticələnəcək:
vaxtlar Qərb və İran arasında müəyyən anlaşma və razılıqların olduğu
ortadır Bu gün dünyada baş verən proseslərə nəzər salsanız görərsiniz
ki, Amerikanın Yaxın Şərqdə zəifləyən nüfuzunu zorakı üsullarla bərpa
etmək cəhdi uğursuzluğa uğrayıb. İranı ordu, silah gücünə sıradan
çıxartmaq cəhdi puça çıxıb. Bunun da öz səbəbləri var. Birincisi, İran
güclənib, ikincisi Obama hökuməti yeni hərbi əməliyyatlara başlamamaq
siyasətinə keçib.
sanksiyalar İran iqtisadiyyatnı çətin vəziyyətə salıb və bu səbəbdən də
İran rəhbərliyi qərara alıb ki, sanksiyaların aradan qaldırılması
istiqamətində iş aparsın. Bundan sonra bu istiqamətdə həqiqətən də
müəyyən addımlar atıldı. İran tərəfi elan etdi ki, öz obyektlərini
MAQATE-nin üzünə açır. İran hökuməti nüvə silahından imtina etməsi
barədə bəyanat verdi. Bundan sonra İranın tutduğu ağlabatan mövqe Qərbi
də qane etdi.
Qərb addım-addım İrana qarşı bəzi sanksiya və cəza tədbirlərini ləğv
eləyir. Bütün baş verən proseslər göstərir ki, iyul ayında İrana qarşı
təıtbiq edilən əksər cəza tədbirləri aradan qaldırılacaq. İran isə öz
növbəsində bütün obyektlərə MAQATE əmədkaşlarını buraxacaq. İran
neftinin dünya bazarına tam həcmdə çıxması belə neftin qiymətində kəskin
azalmaya səbəb olmayacaq.
tədbirləri aradan qaldırılandan sonra İranın dünya bazarına öz neftini
tam həcmlə çıxarması imkanı yaranacaq. Lakin bir şeyi də unutmaq olmaz
ki, dünya iqtisadiyyatı durmadan inkişaf edir, irəli gedir. Sənaye
sahələri genişlənir. Əhalinin sayı artır. Belə olan halda İranın dünya
bazarında tam gücü ilə təmsil olunması belə, neftin qiymətinin kəskin
surətdə düşməsinə səbəb olmayacaq. Hindistan, Çin kimi sürətlə inkişaf
edən nəhəng iqtisadiyyatlar neftə möhtacdırlar. Buna görə də düşünmürəm
ki, İran neftinin dünya bazarına çıxması neftin qiymətini ciddi şəkildə
aşağı salacaq. Ola bilsin ki, İran neftinin dünya bazarına tam həcmdə
çıxmasından sonra neftin qiyməti 5-6 dolar məbləğində aşağı düşsün. Bu,
ola bilər. Lakin heç bir halda neftin qiyməti o həddə qədər aşağı
düşməyəcək ki, Rusya iqtisadiyyatı üçün təhlükə vəziyyət yaransın. Bu
vəziyyət Azərbaycanı da qane edir. Çünki hamımız bir gəminin içindəyik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=8596