İyunun 23-də NİDA-çıların apellyasiya məhkəməsi başlayacaq

19.06.2014 - 18:47

“NİDA-çı gənclərin apellyasiya məhkəməsi başlayır” 
Bu
sözləri “Yeni Müsavat”a vəkil Nemət Kərimli deyib: “İyunun 23-də saat
15:00-da Bakı Apellyasiya Məhkəməsində NİDA-çıların apellyasiya
məhkəməsi başlayır, ilkin baxış olacaq. Məhkəmə prosesində gənclər də
iştirak edəcəklər. Amma məhkəmənin olacağından gənclərin xəbəri yoxdur”.
Bundan
başqa, vəkil Nemət Kərimli bu gün NİDA-çı gənc məhbus Şahin Novruzlu və
AGT üzvü İlkin Rüstəmzadə ilə görüşdüyünü də dedi: “Bu gün hər iki
gənclə Kürdəxanı təcridxanasında görüşdüm. İlkin də, Şahin də çox
yaxşıdır. Əhval-ruhiyyələri, saxlanma şəraitləri qaydasındadır”.
Xatırladaq
ki, NİDA Vətəndaş Hərəkatının 7 üzvü qanunsuz olaraq həbs edilib.
Onlara CM-nin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular
əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli
sürülüb. 
Azad Gənclik Təşkilatının üzvü İlkin
Rüstəmzadə isə Youtube-da yerləşdirilən “HР°rlem Shake” videosunu
hazırlamaqda təqsirləndirilir. Prokurorluq ona Cinayət Məcəlləsinin
221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2)
ittiham irəli sürüb. Hazırda o, 1 saylı Bakı Şəhər İstintaq
təcridxanasında saxlanılır. 
İctimaiyyət
nümayəndələri gənclərin həbsini siyasi motivli hesab edirlər. Müxalifət
partiyaları və  Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri
“vicdan məhbusu” elan edib. Və beynəlxalq qurumlar tərəfindən bütün
vicdan məhbuslarının dərhal azadlığa buraxılması tələb olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=8598

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31