Kəbənin qapıları açıldı

19.06.2014 - 18:56

Hər il Məkkə şəhərindəki müqəddəs Kəbədə təmizlik işləri aparılır.

Şaban ayına təsadüf etmiş budəfəki səliqə-sahman yaratmada Allah Evinin qapıları yenidən açılıb.

Modern.az saytı xarici mətbuata istinadən çox nadir hadisənin fotolarını təqdim edir.

Qeyd edək ki, “kub” kimi tərcümə olunan Kəbə əslində dördbucaqlıdır.
Onun şərq və qərb divarlarının uzunluğu 10 metr 10 santimetr, şimal və
cənub divarları isə 12 metrdir. Allah Evi üzərində Quran ayələri olan
xüsusi toxumalı qara örtüyə malikdir. Onun yuyulması üçün İranda
hazırlanan gülabdan istifadə olunur.

Qeyd edək ki, Kəbəyə daxil olmağa hər adama icazə verilmir. Kəbənin
daxilinin təmizlik işlərinə  Səudiyyə Ərəbistanı kral özü rəhbərlik
edir.

Yeri gəlmişkən, vaxtilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə
Səudiyyə Ərəbistanına səfəri zamanı Kəbəyə daxil olmağa icazə verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=8601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31