İstanbulu qasırğa vurdu
İstanbulun Tuzla səmtində dənizdən hərəkət edən qasırğa vətəndaşları
ciddi şəkildə qorxudub. ANS PRESS-in məlumatına görə, ilk başdan Mərmərə
dənizində müşahidə edilən qasırğa Pendik və Tuzla qəsəbələrindən keçib.
Daha sonra qasırğa Kocaeli vilayətinə doğru hərəkəti edib və
İstanbuldan uzaqlaşıb.
İstanbul vilayətinin güclü sənaye imkanlarına malik Pendik və Tuzla
qəsəbələrinə qasırğanın vurduğu zərər barədə hələlik rəsmi açıqlama
verilməyib
Short URL: http://www.cumhuriyyet.net/?p=8605