“Rusiyaya əlavə sanksiyalar tətbiq edilə bilər”
ABŞ-ın vitse-prezidenti deyib ki, Rusiya Ukraynanın şərqindəki
separatizm hərəkatına son qoyulmasına yardım etməsə, Amerika
tərəfdaşları ilə birgə Rusiyaya əlavə sanksiyalar tətbiq edəcək.
Ukrayna prezidenti Petro Poroşenko ilə telefon sözhbəti zamanı Co
Bayden gələn həftə Avropa İttifaqı liderlərinin görüşünədək onunla
təmasda olacağını deyib.
ABŞ və Avropa İttifaqı bir qrup Rusiya şirkəti və fərdlərinə qarşı Krımın ilhaqından sonra sanksiyalar tətbiq edib.
Ukraynanın şərq regionunda isə gərginliklər artmaqdadır. BMT regionda
qətllər, işgəncələr və adam oğurlanmasına yol verildiyini bildirib.
BMT-nin insan haqları şöbəsinin rəhbəri Navi Pillay silahlı
separatistləri Donetsk və Luqanska təxribatçı əməllərinə son qoymağa
çağırıb.
Prezident Poroşenko münaqişənin həlli məqsədi ilə təktərfli atəşkəs
elan ediləcəyinə söz verib. O, beləliklə separatistlərə silahlarını yerə
qoymaq və ölkəni tərk etmək istəyənlərə imkan yaradılacağını deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=8606