Yol polisindən qanunsuz evakuasiya

20.06.2014 - 01:40

Son
zamanlar yol polislərinin qanunsuz hərəkətləri barədə informasiyaların
sayı artır. Xüsusən də, avtomobillərin evakuaisyası zamanı ortaya çıxan
biabırçı mənzərə hər kəsin narazılğını səbəb olur. Avtosfer.az-ın
məlumatına görə, belə hadisələrdən biri də iyunun 16-da, paytaxtın
Yasamal rayon, Ələskər Ələkbərov küçəsində, “Space” TV-nın yaxınlığında
baş verib. Yol kənarında dayanmış “VAZ-2104 markalı avtomobilin
evakuasiya olunması ilə bağlı polis əməkdaşı göstəriş verib. Lakin
maraqlısı budur ki, maşının saxlandığı ərazidə park etməklə bağlı hər
hansı qadağanedici yol nişanı yoxdur. Maşının evakuatora çıxarılması
zamanı sahibinin oraya özünü çatdırması isə polis əməkdaşının geri addım
atmasına səbəb olub. Beləliklə, maşının saxlandığı yerdə qadağanedici
nişanın olmamasını əsas gətirən sürücü maşınının evakuasiya olunmasının
qarşısını alıb.
Qanunvericiliyə görə, evakuasiya zamanı avtomobil
hətta evakuatora yüklənmiş vəhiyyətdə olsa belə, sürücü yaxınlaşırsa
avtomobil yerə düşürülməlidir. Bundan sonra evakuasiyanı həyata keçirən
polis əməkdaşı həmin sürücüyə dayanma-durma qaydalarını pozduğuna görə
20 manatlıq cərimə protokolu yazmalıdır. Amma bu görüntülərdən məlum
olur ki, həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanı yoxdur.
Sürücü yaxınlaşdıqda isə polisin göstərişi ilə maşın evakuatordan
düşürülür və onlar çıxıb gedirlər. Sual yaranır ki, əgər evakuasiya
qanuni idisə nə üçün maşını yerə düşürəndən sonra sürücüyə protokol
yazılmadı? Qanunsuz idisə, o zaman bəxtini bir daha sına…

Hadisə yerində olan Avtosfer.az-ın əməkdaşının lentə aldığı videonu sizə təqdim edirik.

Short URL: http://www.cumhuriyyet.net/?p=8614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31