Elçibəy Fərəc Quliyevi niyə söyüb?

20.06.2014 - 01:53

 

Elçibəyin
prezidentlik kürsüsündən faktiki olaraq imtina edib Kələkiyə getdiyi
günün 21-ci ildönümüdə həmin hadisələrin iştirakçısı olan AXC Naxçıvan
təşkilatının keçmiş sədri, sonralar 8 il həbsdə olmuş “Xalq Arzusu”
Hərəkatının rəhbəri Asəf Quliyev Moderator.az-a  çox maraqlı və ilginc
açıqlamalar verib, onu təqdim edirik:

“Ayın
18-i səhər saat 6-da qapının döyülməsinə həyətə çıxdım. Asif
Kələntərlini görəndə nə isə baş verdiyini hiss etdim. Elcibəyin
Naxçıvana gəldiyini dedi. Düzü, əvvəlcə inanmadım və heç nə anlamadım.
Bildirdi ki, məsələ başqa cürdü və Bəy birdəfəlik gəlib.Biz birlikdə
AXC-nin qərargahına getdik. Hazırlıq tədbirləri gördük. Nahardan sonra
Kələkiyə getdik. Elçibəylə görüşdüm, ancaq heç gəlişinin səbəbini
soruşmadım. Artıq heç soruşmağın mənası da yox idi. Biz sadəcə görüləcək
işləri müzakirə etdik. Bəyi çox qayğılı və nigaran gördüm, gəlişinin
heç də ürəyincə olmadığı açıqca hiss olunurdu. Hətta mənə elə gəldi ki,
onu istəmədən dilə tutub bura gətiriblər. Sonradan eşitdim ki, Elçibəyə
Naxçıvana gəlməmişdən öncə məlumat verilib ki, Naxçıvanda qonaq evi
hazırlanıb və Bəy gələn kimi orada yerləşəcək, amma sonradan qərarı
kimsə dəyişdirib…

93-cü
ildə rabitənin hansı vəziyyətdə olduğunu nəzərə alsaq Kələkidən hara
iləsə əlaqə saxlamağın praktik olaraq mümkün olmadığı aydınlaşar. O
zaman Türkiyə Naxçıvana 100 nömrəlik mini ATS vermişdi, Naxçıvandan
çıxış yalnız o nömrələrlə həyata keçirilirdi. O nömrənin biri də mənim
kabinetimdə idi. Türkiyə və Bakıdan bir qayda olaraq bizimlə əlaqə
saxlayırdılar və biz də həmin məlumatları Kələkiyə ötürürdük.
Informasiya alıb-vermək çox çətin idi. Bəy Kələkiyə gələn günü axşam
Dəmirəlin köməkçisi zəng vurdu, bildirdi ki, Bəyin Türkiyəyə getməsi
üçün helikopter göndərmək istəyirlər. Lakin Bəy qəti olaraq bu təklifdən
imtina etdi. Bu əlaqəni qurmaq üçün təsəvvür edin ki, 2 saatdan artıq
vaxt getdi”.

Asəf
Quliyevin söylədikləri sonuncu məqamsa yəqin ki, qalmaqala səbəb
olacaq. Belə ki, Aəsf Quliyev deputat Fərəc Quliyev haqqında belə bir
fikir işlətdi ki, guya o vaxt AXC İcraiyyə Komitəsinin sədri olan
deputat Elçibəy tərəfindən əməlli-başlı danlanıb:

“Düzdür,
həmin vaxt mən orda olmamışam. Amma o zaman Demblokun sədri Həbib həkim
orda olub və şahidi olub ki, Bəy Kələkiyə çatanda Fərəc Quliyevi söyüb
və baş verənlərə görə onun baiskar olduğunu deyib”

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8615

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31