Məmurların məzuniyyətə çıxması dövlət sirri kimi saxlanılır
“Qanunda
vəzifəli şəxslərin məzuniyyətini harada, necə keçirməsi haqda
məlumatların gizli saxlanılması tələbi yoxdur”Müzəffər Baxışov: “Qanunda
vəzifəli şəxslərin məzuniyyətini harada, necə keçirməsi haqda
məlumatların gizli saxlanılması tələbi yoxdur”
Dünyanın
bütün normal, demokratik ölkələrində yüksək vəzifəli məmurların,
nazirlərin nə vaxt məzuniyyətə getdiyi, məzuniyyətini harada keçirdiyi
haqda ictimaiyyətə rəsmi məlumat verilir. Bu, adi hal sayılır. Ona görə
də belə cəmiyyətlərdə baş nazirin və ya hansısa nazirin məzuniyyətə
çıxıb, istirahətini harada keçirməsi barədə xəbərlər sensasiya kimi
qəbul edilmir.
Bir
çox ölkələrdə, o cümlədən dünya nəhəngi ABŞ-da nəinki yüksək çinli
məmurlar, hətta prezident məzuniyyətini harada keçirdiyi, necə keçirdiyi
barədə sosial şəbəkədə xəbər, fotolar paylaşır. ABŞ prezidenti Barak
Obama məzuniyyətini harada keçirməsi barədə fotolar paylaşdığı halda,
Azərbaycan kimi kiçik ölkələrin məmurları məzuniyyətə nə vaxt
çıxdıqlarını belə, ictimaiyyətə açıqlamırlar. Bu məsələdə o dərəcədə
məxfilik müşahidə edilir ki, sanki baş nazirin və ya digər nazirlərin,
məmurların məzuniyyətə çıxdığı, harada istirahət etdiyi haqda
informasiya dövlət sirridir, açıqlana bilməz. Bunu Azərbaycanın
Konstitusiyaya görə ikinci şəxsi sayılan baş nazirin məzuniyyətə çıxdığı
barədə informasiyanın təsadüfən ortaya çıxması faktı da təsdiqləyir.
Azərbaycan
hökumətinin başçısı Artur Rasizadə məzuniyyətdədir və istirahətini
Belarusda keçirir. Bu barədə isə ictimaiyyətə heç bir rəsmi informasiya
verilməyib. Srağagün musavat.com saytı özəl mənbələrə istinadən
verdiyi məlumatdan sonra bu barədə informasiya yayıb.
Məzuniyyətə
çıxmaq, istirahət etmək hər bir insanın, o cümlədən vəzifəli şəxslərin
də hüququdur. Heç kim bu hüquqa qarşı deyil. Sadəcə, söhbət ölkə
hökumətinin başında dayanan şəxsin, həmçinin digər mühüm vəzifəli
şəxslərin məzuniyyətə çıxmalarının ictimaiyyətdən gizlədilməsi, dövlət
sirri kimi gizli saxlanmasından gedir. Onların istirahət hüququ olduğu
kimi, cəmiyyətin də hökuməti idarə edənlərin iş başında olub-olmaması,
harada olması barədə informasiya almaq hüququ var.
“Məmurun
məzuniyyətə çıxması və harada istirahət etməsi barədə informasiya
dövlət sirri hesab edilə bilərmi” sualı ilə müraciət etdiyimiz tanınmış
hüquqşünas Müzəffər Baxışov da bildirdi ki, bu, qətiyyən dövlət sirri
kateqoriyasına aid informasiya hesab olunmur. “Dövlət sirri haqqında”
Qanunda dövlət sirri təşkil edən məlumatların siyahısı əksini tapıb.
Həmin siyahıda vəzifəli şəxslərin məzuniyyətə çıxması, məzuniyyətini
harada, necə keçirməsi barədə məlumatların gizli saxlanılması tələbi
yoxdur.
Qanunda dövlət sirrinə aid edilməyən
və məxfiləşdirilməyən məlumatların da siyahısı əksini tapır. Qeyd olunur
ki, aşağıdakı məlumatlar dövlət sirrinə aid edilmir və
məxfiləşdirilmir:
İnsanların həyat və
sağlamlığı üçün təhlükə törədən fövqəladə hadisələr və qəzalar, onların
nəticələri, habelə təbii fəlakətlər, onların rəsmi proqnozları və
nəticələri haqqında;
Ekologiya, səhiyyə, sanitariya,
demoqrafiya, təhsil, mədəniyyət və kənd təsərrüfatının, habelə
cinayətkarlığın vəziyyəti haqqında;
Dövlətin
vətəndaşlara, vəzifəli şəxslərə, müəssisə, idarə və təşkilatlara verdiyi
imtiyazlar, güzəştlər və kompensasiyalar haqqında;
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması faktları haqqında;
Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin səhhəti haqqında;
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=8618