Xristianları şoka salan İncil tapıldı

20.06.2014 - 09:32

Həzrəti İsanın çarmıxa çəkilmədiyini və Tanrının oğlu olmadığını göstərən İncil Vatikanda böyük narahatlıq yaradıb.

Axar.az xəbər
verir ki, Türkiyənin Ankara bölgəsində 1500 illik tarixi olan İncil
tapılıb. Tapılan İncil Vatikan üçün böyük narahatlıq yaradıb. Bu
narahatlıq tapılan İncilin Barnaba İncilində yazılanları ehtiva
etməsindən qaynaqlanır. 
Hazırda kitab “Ankara
Etnoqrafiya Muzeyi”ndə gizli şəkildə saxlanır. Dəri kitab səhifələrinə
Hz.İsanın dili olan Arami ləhcəsi ilə yazılan yazılar zamanla bağlı
olaraq qaralmış vəziyyətdədir. Məlumata görə, mütəxəssislər kitabı
araşdıraraq onun orijinal olduğunu iddia ediblər. 
İran dini qurumlarının gəldiyi qənaətə görə, kitabda Hz.İsanın çarmıxa çəkilmədiyi və Tanrının oğlu olmadığı deyilir. 
Kitabda
bundan əlavə Hz.İsanın çarmıxa çəkilmə ərəfsində göyə yüksəldiyi və
onun yerinə İuda İskariotun çarmıxa çəkildiyi yazılıb. Vatikan bu
kitabın ortaya çıxmasından keçirdiyi narahatlığı dilə gətirərək kitabın
türk və katolik kilsəsi ekspertləri tərəfindən birgə araşdırılmasını
istəyib.
Vatikan birmənalı olaraq bu İncili ələ
keçirmək mövzusunda israrlıdır və Papa mütləq şəkildə həmin kitabı
istəyir. Əgər Türkiyə bu İncili qoruyub və nüsxələrini çap etdirib bütün
dünyaya yetişdirməsə, bu İncil də digər nümunələr kimi məhv ola bilər.
Çünki bu İncildə Barnaba İsanın Allahın oğlu olmadığını elan etməklə
bərabər onun özündən sonra gələcək peyğəmbəri – Əhmədi (Hz.Məhəmməd)
müjdələdiyini yazır.
Qeyd edək ki, “Barnaba
İncili” İsanın həyatından bəhs edən və həvari Barnabanın adından
yazılmış ədəbi mətndir. Bəzi müsəlman apologetlər bildirir ki, böyük
ehtimalla “Barnaba İncili” İsanın missiyası haqqında həqiqi məlumatların
saxlandığı yeganə mənbədir və kanonik incillər də daxil olmaqla, digər
mənbələr hamısı həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8625

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30