Saatlıda nə baş verir?

Rayondakı mənbə baş verənlərin qəsdən, məqsədli şəkildə şişirdildiyini deyir
Bu günlərdə Saatlı rayonunda din xadiminə zorakılıq göstərdiyi iddia
olunan şəxs iyunun 16-sı axşam saatlarında həbsə alınıb. Bu haqda
“Turan”a zorakılığa məruz qaldığını iddia edən din xadimi Hacı Tahir özü
bildirib. Onun sözlərinə görə, zorakılıq edən Hikmət adlı şəxsi axşam
saatlarında guya qohumları özləri polisə təhvil verib.
Fakt üzrə cinayət işi açılıb, dəlilsübutlar toplanır. Hacı Tahirin
sözlərinə görə, Hikmət adlı şəxs zorakılıq göstərməsini din xadiminin
vəhhabilik barədə tənqidi fikirlər söyləməsi, Azərbaycandan Suriyaya
gedərək mənasız döyüşlərə qatılanların qarşısını almaq təbliğatı
aparması ilə izah edib.
“Azadlıq”a Saatlı rayonunda yaşayan sakinlərdən birinin verdiyi
xəbərə görə, mətbuatda yayılan məlumatlar qəsdən şişirdilib. Vəhhabilik
barədə deyilənlər də yalandır. Qaynaq deyir ki, yas mərasimində kiçik
insident olub: “Molla yasa dəxli olmayan söhbətlər edib ki, bunu da yas
sahibləri narazılıqla qarşılayıb. Mollayla insident də bunun üstündə
olub. Işə polis müdaxilə edib, məsələ rayon polis şöbəsində araşdİrandan
sonra hər iki tərəf sərbəst buraxıb. Bu məsələ mətbuatda yayılandan
sonra polis yenidən din xadiminə hücum etdiyi deyilən şəxslərdən dördünə
sutkalıq həbs verib”.
Qaynaq deyir ki, əslində, məsələnin kökü başqadır. Indi bu
insidentdən kimlərsə yararlanmaq, kimlərisə “vurmaq” istəyir. Saatlıda
din xadimləri arasında narazılıq çoxdan var: “Rayonda iki axund var.
Vadər adlı axund hamının qəbul və hörmət etdiyi şəxsdir, o sıradan
Qafqaz Müsəlmanları Idarəsinin. Mirbəxtiyar isə özü özünü axund elan
edib. Ancaq camaat Vadəri axund kimi qəbul edir. Mirbəxtiyarı Saatlıda
İranın emissarı kimi tanıyırlar. Bu işlərin də başında Mirbəxtiyar
dayanır. Hacı Tahir də Mirbəxtiyarın dəstəsindədir. Onlar özlərini dinin
təəssübkeşi kimi təqdim edirlər. Elə bu insidentdən sonra da onlar
məsələ qaldırıblar ki, İrana – ayətulla Sistaniyə müraciət olunsun və
Hacı Tahirə qarşı çıxanlara ölüm fətvası verilsin. Ümumiyyətlə, bu dəstə
var gücüylə axundun əleyhinə kampaniya aparır”.
P.S.Insidentdə adı hallanan şəxslərin də mövqeyini dərc edə bilərik(azadlıq.info).
Short URL: http://www.cumhuriyyet.net/?p=8626