YAP-ın qəzeti yenə ABŞ-ı vurdu

20.06.2014 - 09:45

“Yeni Azərbaycan” qəzeti Amerikanın xarici siyasət kursunu “təftiş edib”

“Yeni Azərbaycan” qəzeti Amerikanın xarici siyasət kursunu “təftiş edib”

Azərbaycan hakimiyyətinin ABŞ-a qarşı yürütdüyü təbliğat kampaniyası
davam etməkdədir. Hər ötən gün bu təbliğatda “yeni tezislərdən” istifadə
etməyə çalışan hakimiyyət ideloqlarının bu istiqamətdə ideyaları, belə
görünür ki, tükənmək bilmir.

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna
verdiyi müsahibədə səsləndirdiyi fikirlərə qarşı sərt təpki verməklə
başlayan “qara piar” kampaniyası hələ də davam etməkdədir. Təbliğat ABŞ
Senatının Helsinki Komissiyasında Azərbaycanla bağlı keçirilən
dinləmələrdən sonra daha geniş vüsət almağa başlayıb. Hakim Yeni
Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetinin
iyunun 18-dəki sayında ABŞ-ı sərt ittiham edən “ABŞ beynəlxalq
təşkilatları qlobal dövlətin idarəetmə institutları, tərəfdaşlarını isə
itaətkar yandaş kimi təsəvvür edir” başlıqlı yazısı barədə məlumat
vermişdik. Geniş məqalədə əsas tənqid hədəfi seçilən ABŞ hazırda dünyada
baş verən bütün kataklizmlərdə günahkar bilinir. Eyni qəzetin dünənki
sayında da oxşar məzmunlu yazı dərc olunub. “ABŞ-ın hegemonluq
fəlsəfəsinə söykənən xaos strategiyası: bəşəriyyət yeni qlobal
təhdidlərlə qarşı-qarşıya” başlıqlı yazıda ABŞ-a xarici siyasət kursu
ilə bağlı “dərs” keçilib. ABŞ-ın ötən on il müddətində xarici siyasət
kursuna “ekskurs” edən məqalə müəllifi həmin siyasətin imperializm
maraqlarına xidmət etdiyini və əsas məqsədinin enrji resurslarını ələ
keçirmək olduğunu vurğulayıb. Qəzetin dünənki sayında maraqlı
məqamlardan biri odur ki, eyni sayda ABŞ-ı sərt tənqid edən yazıyla
yanaşı, Avropa Birliyini Azərbaycanın yaxın tərəfdaşı elan edən məqalə
də dərc olunub…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8627

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031