Sabiq nazir ayaq üstə dura bilmir

20.06.2014 - 09:47

İyunun 19-da Sumqayıt Apelyasiya Məhkəməsində sabiq xarici iqtisadi
əlaqələr naziri Nicat Quliyevin apelyasiya şikayəti üzrə növbəti proses
keçirilib.

Vəkil Əfqan Məmmədov “Media forum” saytına deyib ki, hakim Nazim
ГїMövsümovun sədrliyi ilə keçirilən prosesə sabiq nazirin özünü də
gətiriblər: “Nicat Quliyevin səhhətində ciddi problemlər var,
qaraciyərində ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən onu əvvəlki
iki prosesə gətirmək mümkün olmamışdı və məhkəmə təxirə salınmışdı.
Vəziyyəti yenə ağırdır, ayaq üstə dura bilmirdi. Iyunun 19-da keçirilən
prosesə də məhkəməyə hörmət əlaməti olaraq gəlmişdi”.

Əfqan Məmmədov bildirib ki, prosesdə bir vəsatətlə çıxış edib: “Nicat
Quliyevi həbsxana şəraitində müalicə etməyin mümkün olub-olmadığını və
xəstəliklərinin onun məhkəmədə fəal iştirakını
məhdudlaşıdırb-məhdudlaşdırmadığını müəyyənləşdirmək üçün ya
məhkəmə-tibbi ekspertizası keçirilməsi, ya da onun ixtisaslı həkimlər
briqadası tərəfindən kompleks müayinə olunması haqda vəsatət verdik.
Hakim vəsatəti qismən təmin etdi. Nicat Quliyevin səhhətini,
xəstəliklərini öyrənmək üçün saxlandığı 3 saylı Istintaq Təcridxanasına
sorğu göndəriləcək. Istintaq təcridxanasının sorğuya verdiyi cavab
əsasında qərar qəbul olunacaq”.

Proses iyulun 3-dək təxirə salınıb.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon
Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum
edilib. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8628

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031