Türkiyədə azərbaycanlı mafiyoz tutuldu

20.06.2014 - 10:14

Türkiyədə polisi öldürməkdə təqsirləndirilən azərbaycanlı həbs
edilib. 36 yaşlı Mahir Şükürov Istanbulda bir evdə həyata keçirilən
əməliyyat zamanı tutularaq Ədirnə şəhərinə aparılıb. Azərbaycanlı mafiya
üzvünün tutulması üçün xüsusi qrup yaradılıb.

Mahir Şükürov 11 günlük axtarışdan sonra həbs edilib. Iyunun 9-da
Ədirnə şəhərində “qanuni oğrular”ın toplantısı zamanı mütəşəkkil
cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn Irmaq
öldürülüb. “Rıciy Albert” və “Zaur Naxçıvanskiy” ləqəbli avtoritetlər,
Namiq, “Lyoxa Irkutskiy”, “Beso Rustavskiy” ləqəbli “qanuni oğrular”
arasında atışma olub. Sonuncu iki şəxs aralarındakı münaqişəni həll
etmək üçün “Alber Rıciy”ı Türkiyəyə “sxodka”ya çağırıb. Albert Türkiyəyə
gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək “Beso” və
“Lyoxa”nı qiyabi olaraq titullarından məhrum edib. Bundan sonra “qanuni
oğrular” Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər.
Opponentləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert
kömək üçün “Rövşən Lənkəranskiy”ə müraciət edib və Rövşən kömək
göstərməyə razılıq verib. Albert Ədirnəyə “Rövşən Lənkəranski”nin ad
verdiyi Zaurla gedib. Ədirnədə onları “Beso”, “Lyoxa” və Namiq
qarşılayıb. Orada Albertə artıq “qanuni oğru” olmadığı elan edilib və
döyülüb. Nəticədə atışma olub, polis öldürülüb. Öldürülən polis Albertin
mühafizəçisi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin
əməkdaşı Hüseyn Irmaq olub. “Albert Rıciy”in hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı 15 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39
yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33
yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif
Fəxrəddin və Qara Əliyevdir. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=8629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31