Mundial haqda bilinməyən 10 maraqlı məlumat

20.06.2014 - 10:55

Dünyaca məşhur “Wall Street Journal”-da “Dünya Çempionatı-2014”
haqda bir çoxlarının bilmədiyi, diqqətdən kənarda qalan 10 maraqlı
məlumat dərc olunub. Həmin məlumatları sizə təqdim edirik. 

1)  DÇ kuboku həmişə indi istifadə olunan kubok olmayıb. 1930-cu
ildən 1970-ci ilə qədərki 9 turnirdə, turnir fikrini irəli sürmüş FİFA
prezidenti Jules Rimmetin şərəfinə qalibə onun adını daşıyan kubok
verilirdi. Jules Rimmet kuboku II dünya müharibəsini bir FİFA rəsmisinin
yatağının altında keçirmiş olsa da 1970-ci ildə DÇ-nin qalibi
Braziliyaya veriləndən sonra yoxa çıxdı. Bu gün işlədilən kubok 1974-cü
ildən bu yana verilən kubokdur. 
2) DÇ tarixində ən gözlənilməz hadisələrdən biri 1950-ci ildəki
final oyununda Braziliya-Uruqvay mübarizəsinin nəticəsidir. Hər kəs
Braziliyanın qalib gələcəyinə həddindən artıq əmin idi, hətta FİFA
prezidenti qabaqcadan portuqalca təbrik nitqi belə hazırlamışdı. Amma
nəticə heç də gözlənilən kimi olmadı, ilk qolu vuran Braziliya yığması
daha sonra öz qapısında 2 qol gördü və 200 minlik azarkeş qarşısında
Uruqvaya 2-1 məğlub oldu. 
3) Fransa yığmasının oyunçusu olmuş Zinəddin Zidan DÇ tarixində ən
çox cəza almış oyunçudur. Üç turnirdəki 12 oyunda Zidan 4 dəfə sarı
kart, 2 dəfə də qırmızı kart alıb. Ona qırmızı kartlardan biri 2006-cı
ildə final oyununda italyan oyunçu Materassiyə kəllə vurandan sonra
verilib. Sonradan açıqlama verən oyunçu bu əməlini Materrassinin onu
təhqir etdiyinə görə törətdiyini deyib. Zidandan sonra isə ən çox
cəzalandırılmış oyunçu 4 turnirdə 6 sarı kart almış braziliyalı Kafudur.
Oyunçuları cəzalandırmaq üçün tətbiq edilən sarı və qırmızı kartlar ilk
dəfə ingiliz hakimin təklifi ilə 1970-ci ildəki DÇ-də işlədilib.
Kartların rəngi isə işıqforun rənglərinə görə seçilib- sarı xəbərdarlıq,
qırmızı oyunda oynamağa qadağa deməkdir.
4) DÇ-nin ən təəccüblü anlarını düşünəndə həmişə 2 oyun yada düşür.
ABŞ-ın 1950-ci ildə İngiltərəni 1-0, Şimali Koreyanın isə 1966-cı ildə
İtaliyanı məğlub etməsi. “DÇ-2014”-də isə bunlara ən çox bənzəyən olay
yəqin ki, Çilinin İspaniyanı məğlub edərək qrupda saxlamasıdır. 
5) “DÇ-2014”-dəki ən böyük himn 158 kupletlə Yunanıstana məxsusdur,
amma musiqisi ən uzun olan himn Uruqvayındır.  Təbii ki, FİFA
qaydalarına görə heç bir himn 90 saniyədən daha çox səsləndirilə
bilməz. 
6) Bir DÇ-də bir oyunçu tərəfindən atılmış qol rekordu 56 ildir
qırılmayıb. Bu rekordun sahibi isə 1958-ci il mundialında 13 qol vurmuş
fransız Jüst Fontendir. 
7) Turnirə qatılan azarkeş rekordu hələ də ABŞ-dadır.1994-cü ildə
ABŞ-da oynanan DÇ-nı izləyən futbol azarkeşlərinin sayı ümumilikdə 3.5
milyon, oyun başına isə 68,991 olub. 
8) Hollandiyadan başqa heç bir komanda qatıldığı DÇ-lərdə bu qədər
çox sayda final oyunu uduzmayıb. (1974, 1978, 2010). Almaniya da 4 final
oyununda uduzub, amma 3 oyunda qalib gəlib. 
9) 1970-ci ildən bəri DÇ topları DÇ təşkilatçıları tərəfindən
hazırlanıb. “Adidas” şirkətinin hazırladığı və “Telstar” adını verdiyi
ilk model isə o dövrün televizorlarında topun daha yaxşı görünməsi üçün
ağ və qara rənglərdən ibarət idi. Bu il düzəldilmiş topa isə “Brazuka”
adı verilib. Bu top Pakistanın Sialkot şəhərində bir fabrikdə qadınlar
tərəfindən hazırlanır. Qiyməti 160 dollar olan bu topu hazırlayan
qadınlar isə cəmi 100 dollar maaş alır.
10) İspaniya “DÇ-2014”-də qalib olaraq ölkəsinə 30 milyon dollar
mükafat aparıb. Bu il kuboku qazanan komanda isə turnirin ev sahibi
Braziliyanın 2002-ci ildə qalib olaraq qazandığı pulun 3 qatına, yəni 35
milyon dollara sahib olacaq.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=8632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31