Sarkisyan Qarabağı verir

20.06.2014 - 11:24

“Ermənistan Gömrük İttifaqına onun beynəlxalq aləmdə tanınmış sərhədləri
ilə daxil olacaq. Biz son 23 ildə beynəlxalq təşkilatlara daxil
olduğumuz sərhədlərlə Gömrük İttifaqına gedirik”.
ANS PRESS-in Armtoday-ə istinadən verdiyi məlumata görə, bu sözləri
Ermənistan prezidenti Serj Sarkisyan bildirib. O, Gömrük İttifaqına üzv
olmaq məsələsində onu tənqid edənlərə də üzünü tutub: “Qarabağı məndən
müdafiə etməyin. Bu təhqiredicidir”.
Serj Sarkisyan İlham Əliyevin Astana sammiti iştirakçıları ölkələrin
prezidentlərinə məktub ünvanlanmasına da toxunub. O, bildirib ki,
Azərbaycan prezidentinin məktub göndərməməsi təəccüblü olardı.
“Azərbaycan cəbhə xəttində gərginlik yaratdığı kimi diplomatik arenada
da mübarizə aparır”.
Sarkisyan Ermənistanın ayrı qondarma Dağlıq Qarabağın isə ayrı
sərhədlərinin mövcud olduğunu bildirib. Ermənistan prezidenti ölkəsinin
Dağlıq Qarabağın müstəqilliyini rəsmən tanımadığını da xatırladaraq
erməni xalqının emosiyalarını başa düşdüyünü deyib. Serj Sarkisyan sonda
vurğulayıb ki, siyasətdə, ələlxsus da diplomatiyada emosiyalara yer
yoxdur. O, danışıqlarda dəliqanlılıq göstərməyin yersiz olduğunu deyib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8638

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031