Elçibəyin, Heydər Əliyevin, Ekmel bəyin, …İqbal Ağazadənin gizli dostu

20.06.2014 - 12:35

Ümid partiyasının sədri İqbal Ağazadə Əli Rza Bozqurdla dostluğundan və bir sıra bilinməyən detallaradan danışdı

Məlum
olduğu kimi, Türkiyənin əsas müxalifət partiyaları olan MHP və CHP
qarşıdan gələn prezident seçkilərində vahid namizədlə çıxış etmək
qərarına gəliblər. Millətçilərin və solçuların vahid namizədi sürpriz
isim – İslam Əməkdaşlıq Təşkilatının sabiq sədri Ekmələddin İhsanoğlu
olacaq. İlk baxışdan E.İhsanoğlu yalnız iki partiyanın razılaşdırdığı
bir namizəddir. Lakin proseslərin startı böyük planlardan xəbər verir.

Maraqlıdır ki, Türkiyənin hazırkı baş naziri və seçkilərdə ən çox
şansı olan Rəcəb Tayyib Ərdoğana yaxın texnoloqlar və media quruluşları
iddia edirlər ki, E. İhsanoğlunun vahid namizədliyi Amerikanın
layihəsidir. Yoxsa belə bir qısa zamanda iki fərqli və zidd ideologiyaya
söykənən partiyalar ortaq nöqtə tapa bilməzdilər. Tayyibçilər
“Amerikanın Ərdoğana qarşı irəli çıxartdığı vahid namizəd”in ismini
liderlərə söyləyən adamı da bulublar. Onların iddialarına görə, bu,
məşhur iş adamı, Amerika və Türkiyədə “müdhiş türk” kimi tanınan Əli Rza
Bozqurddur (Ali Rıza Bozkurt). İddiaya görə, Amerikada yaşayan Əli Rza
Bozqurd bu məsələ üçün Türkiyəyə gəlib  MHP və CHP liderləri ilə
görüşərək, onlara bu adı tövsiyə edib.
“Yeni Müsavat”ın bu barədə srağagün dərc etdiyi xəbərdə həmçinin
deyilir ki,  Ə.R.Bozqurdun adı Azərbaycanın bir sıra siyasi simalarına
yaxşı tanışdır. Onun hazırda Ümid Partiyasının sədri, deputat İqbal
Ağazadə ilə sıx əlaqələri var. 
İ.Ağazadə ilə əlaqə saxlayıb Əli Rza Bozqurdla dostluq münasibətləri və digər məsələlərlə bağlı suallarımıza cavab istədik.
– İqbal bəy, Əli Rza Bozqurdla dostluğunuz nə vaxtdan başlayıb? 
– 15 ildir Əli Rza bəylə dostluğumuz var. Biz tez-tez görüşürük.
Dünyanın müxtəlif yerlərində görüşlərimiz olub. Birlikdə tədbirlərdə
olmuşuq. Dəfələrlə Əli Rza bəyin evində olmuşam. Yəni çox yaxın
münasibətlərimiz var. Əli Rza bəy Azərbaycanı sevən adamlardan biridir.
Xalqına, dövlətinə bağlı olan böyük insandır. ABŞ-da, dünyanın müxtəlif
yerlərində sözünə, mövqeyinə, ağlına ciddi hörmət qoyulan şəxslərdən
biridir. Çox zəki, çox ağıllı insandır. Yaxın Şərqdə, dünyada baş verən
prosesləri çox gözəl bilir, təhlil edir. Hesab edirəm ki, Yaxın Şərqlə
bağlı, dünyada baş verən proseslərlə bağlı Əli Rza bəyin fikirlərinə və
mövqeyinə etimadla yanaşılır. 
– Əli Rza Bozqurdla dostluğunuz siyasi münasibətlərdən, yoxsa
iqtisadi ilişkilərdən başlayıb? Dostluğunuzun tarixçəsini açıqlaya
bilərsinizmi?
– Bizim çox təsadüfdən başlayan bir dostluğumuz yaranıb. Sonra
dostluğumuzun çərçivəsi genişlənib. İstənilən vaxt telefon açıb dünyanın
harasında olsa qonaq ola biləcəyim dostlarımdandır. Bunu bir siyasətə
və ya bir iqtisadi ilişkilərə bağlama düzgün deyil. Bütün sferalarda mən
Əli Rza bəyi özümün böyük dostum hesab edirəm.
– Onun sözü dünya nəhəngi olan ABŞ-da həqiqətənmi keçərlidir?
– Dünyada müxtəlif dairələrdə, xüsusilə ABŞ-da onun sözü eşidilir, onun mövqeyinə hörmətlə yanaşılır. 

– Azərbaycana Əli Rza bəyin münasibəti necədir?
– Azərbaycana çox yaxşı münasibəti, sevgisi var. Rəhmətlik Əbülfəz
Elçibəylə də, rəhmətlik Heydər Əliyevlə də çox yaxşı münasibətləri olub.
1992-ci ilin 7 iyununda Azərbaycanda Əbülfəz Elçibəyin prezident
seçildiyi seçkiləri müşahidə edən ABŞ missiyasının rəhbəri olub. Əbülfəz
Elçibəylə də ilk görüşü müşahidə missiyasına rəhbərlik edərkən seçkidən
dərhal sonra olub. Heydər Əliyevlə də müxtəlif vaxtlarda görüşləri
olub. Mənim bildiyimə görə Heydər Əliyevə çox böyük hörməti olub, Heydər
Əliyevi siyasətçi kimi çox yüksək dəyərləndirib.
– Məlumatlar yayılıb ki, Türkiyə müxalifətinin  Ekmələddin
İhsanoğlunun prezidentliyə namizədliyini verməsində Əli Rza Bozqurdun
mövqeyi rol oynayıb. O, ABŞ-dan gəlib həmin şəxsi tövsiyə edib…
– Türkiyədə siyasi dairələr Əli Rza bəyin fikirlərinə böyük
hörmətlə yanaşırlar. Güman edirəm ki, onun Türkiyə, bu ölkənin siyasəti
barədə söylədikləri nəzərdən qaçırılmır. Hər zaman nəzərə alınır. Amma
sizin dediyiniz məsələ ilə bağlı dəqiq məlumatım yoxdur. Lakin bilirəm
ki, məsələn, qardaş ölkədə istənilən siyasi dairə Türkiyənin iç və
daxili siyasəti ilə bağlı Əli Rza bəy mövqe ifadə edirsə, onu
görməzlikdən gələ bilməz. Çünki Əli Rza bəy Türkiyəni və dünya
siyasətini çox gözəl bilir.
– Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin hesabatında Ümid
Partiyası Azərbaycanın Milli Məclisində yeganə müxalifət partiyası kimi
qeyd edilmişdi. Düşünmək olarmı ki, hesabatda bu fikirlərin əksini
tapmasında Əli Rza bəyin orada yaratdığı təsəvvür də rol oynayıb?
– Bu barədə dəqiq bir şey deyə bimərəm. Yəni ABŞ-ın proseslərə bir
Əli Rza Bozqurdun çərçivəsindən və ya informasiyasından baxdığını güman
etmirəm. Amma Əli Rza bəydən bu barədə nəsə soruşublarsa və o, nəsə
deyibsə, yəqin ki, sözünü boş verməzlər. Amma bilmirəm soruşublar, yoxsa
yox.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8639

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930