Azərbaycanlı biznesmeni öldürən şəxs həbsxanadan qaçdı

20.06.2014 - 12:48

Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin
rəhbəri, biznesmen İqbal Mahmudovun qətlində ittiham olunanlardan biri
Cavid Ağalarov saxlanıldığı istintaq təcridxanasından qaçmağa müvəffəq
olub
Avropa.info xəbər verir ki, bu barədə aznews.az-a məlumat
verən mərhumun qardaşının həyat yoldaşı Taisiya Mahmudova bildirib ki,
hadisə dünən yerli vaxtla saat 2-də baş verib. Onun sözlərinə görə,
C.Ağalarov səhhətinin pisləşdiyini bəhanə gətirərək, xəstəxanaya
aparılmasını istəyib. Bu zaman onu “Donetsk Xalq Respublikası” geymində
olan silahlı şəxslər gözləyiblər.
Taisiya Mahmudova bildirib ki,
silahlılar konvoyu hədələyərək, C.Ağalarovu onlara təhvil verməyi tələb
ediblər. Və beləliklə, C.Ağalarovu onların əlindən alaraq qara rəngdə
“Mazda-3” və “Mitsubishi Lancer” markalı maşınlar ilə hadisə yerini tərk
etdilər.
Mərhumun qohumu əlavə edib ki, C.Ağalarov qaçmağa
müvəffəq olsa da, qətldə iştirak edən digər şəxslər təcridxanada
qalıblar. T.Mahmudova əlavə edib ki, onda olan məlumata görə,
C.Ağalarovu qaçırdanlar ona saxta pasport hazırlamağa çalışırlar.
Onun
sözlərinə görə, Donetsk separatçıların formasını geyinən və bu planı
həyata keçirənlər də elə C.Ağalarovun tərəfdaşları olan yerli
azərbaycanlılar olub: “Son hadisələrlə bağlı biz çox azərbaycanlılar
ölkəni tərk etdi, amma diasporun keçmiş sədri Etibar Qurbanov kimi bəzi
azərbaycanlılar separatçıları əzmlə dəstəkləyirlər. Bir ay bundan əvvəl
E.Qurbanova atəş açıblar, lakin o hələ də vilayət administrasiyada
işləyir”.
T.Mahmudova onu da bildirib ki, C.Ağalarovun qaçması
ilə əlaqədar onun ailəsi polisə müraciət edib: “Bilirsiniz, ölkəmizdə
indi xaosdur və İ.Mahmudovun qətlini sifariş edənlər də bundan
faydalanıb cəld tərpəndilər. Bu, bir daha göstərir ki, Cavid vacib bir
şəxsdir. Bizdə konvoya şəhərə çıxmağa icazə yoxdur, onlar isə
təcridxananın ərazisini tərk ediblər. Ölkədə yaranmış vəziyyətə görə,
İ.Mahmudovun qətli ilə bağlı məhkəmə martdan bəri keçirilmir. O qədər
instansiyalara yazdım, lakin nəticə yoxdur. Azərbaycanın səfirliyi də
yardım etmir. Ukraynalı hakimlər də bu işi xeyli uzatdılar”.
Xatırladaq
ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun
öldürülməsində 4 nəfər – Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir
oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli
bilinir. İstintaq iddia edir ki, İ.Mahmudova atəş açan şəxs Ağalarov
Cavid Zakir oğludur.
Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin
115-ci (qəsdən adam öldürmə) və 263-cü (odlu silahın qanunsuz əldə
edilməsi və saxlanılması) maddələri üzrə cinayət işi başlanıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8642

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031