Aslanovlara ölkədən çıxış yasağı qoyulub?
sədri Rəbiyyət Aslanovanın və onun oğlu Prezident Administrasiyasının
sabiq şöbə müdiri Elnur Aslanovun ölkədən çıxmasına qadağa qoyulub.
Aslanovlara məxsus bütün əmlaka və bank hesablarına da həbs qoyulub,
onların barəsində hüquq mühafizə orqanlarında araşdırma aparılır”.
məlumata görə adları siyasi qalmaqallarda hallanan Aslanovların
fəaliyyəti barədə xüsusi xidmət orqanlarında təkzibedilməz sübutlar var.
prezident seçkilərindən əvvəl Azərbaycana qonşu ölkələrin birindən
siyasi dəstək axtarışları, hakimiyyətdə şəbəkələmiş təşkilata rəhbərlik
etməsi və qurumları iqtidar əleyhinə şübhəli fəaliyyətlərə yönlədirməsi
təsdini tapıb” deyə mənbə vurğulayıb.
bildirib ki, Aslanovlar bank hesablarına və əmlaka qoyulan həbslərin
qaldırılmasına cəhdləri nəticə verməyib. Vaxtıilə onları himayə edən
məmurlar bu qərarın dəyişdirilməsinin “imkanları xaricində” olduğunu
bildiriblər.
Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsi verilməsinə və
Rəbiyyət Aslanovanın Mili Məclisin Komitə sədri kimi görəvinə davam
etməsinə gəlincə, mənbə bunların müvəqqəti olduğunu iddia edib:
“Aslanovları himayə edən “əl”in gücü buna çatıb, amma bu, onlar
barəsində yüksək səviyyədə verilmiş qərara təsir göstərə bilməz”.
ki, Elnur Aslanovun MTN-də 6 saat dindirilməsi ilə bağlı “Bizim Yol”
qəzeti saytı məlumat yaymışdı. Nazirliyin mətbuat xidmətinin rəhbəri
Arif Babayev bu barədə onda məlumat olmadığını bildirmişdi, Aslanov isə
heç bir açıqlmama verməmişdi. Bundan başqa yuxarıda göstərilən faktların
bir qismi müxtəlif media orqanlarında yazılıb, amma nə Rəbiyyə
Aslanova, nə də Elnur Aslanov onları təkzib etməyib.
neçə həftə əvvəl Elnur Aslanovun ən yaxın dostu, deputat Ceyhun
Osmanlının qardaşı Daxili İşlər Nazirliyi sistemində işdən çıxarılıb.
Deputat internet saytlarının birinə açıqlamasında yaranmış durumu “37-ci
illərlə” müqayisə etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=8644