Əhməd Vəliyevin universitetində etirazlar başladı

20.06.2014 - 13:18


“Odlar Yurdu” Universitetində tələbələrlə rektorluq arasında
münasibətlər gərginləşməyə başlayıb. Xüsusən də “köçürmə” yolu ilə
universitetə gəlmiş tələbələrin əsəbləri tarıma çəkilib. Buna səbəb
universitet rəhbərliyinin onlardan 1500 manat imtahan və diplom işi pulu
tələb etməsidir.
Məlumatı verən tələbələr qeyd edirlər ki, “Odlar Yurdu”nun
rektoratlığı onların diplom müdafiəsini iyunun 20-nə təyin edib. Həmin
müddətə qədər daha 4 imtahan verməlidirlər. Və bütün bunlar üçün
onlardan 1500 manat tələb olunur. Həmin məbləği isə düzəltmək imkanları
olmadığını bildirən tələbələr məsələni bu şəkildə qoymaq fikrində
deyillər. Onlar etirazlarını universitet rəhbərliyinə açıq şəkildə
çatdırmağı düşünürlər.
Onlar qeyd ediblər ki, universitet rəhbərliyi hamının gözündən
pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla
guya, hər şeyin şəffaf olduğunu nümayüiş etdirməyə çalışırlar. “Əslində
isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə
haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun
qiymət alması mümkün deyil”.
Xatırladaq ki. “Odlar Yurdu” Universiteti deputat Əhməd
Vəliyevindir. Bu yaxınlarda deputatın oğlu təhsil nazirinin müşaviri
təyin olunub.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. (jam.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=8645

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031