Bakı Biznes və Kooperasiya Kollecində “böyük bazar”

Biznes və Kooperasiya Kollecinin bir qrup tələbəsi saytımızın elektron
poçtuna şikayət məktubu ünvanlayıb. Şikayət məktubunda tələbələr
kollecdə baş alıb gedən rüşvətdən və kollec rəhbərliyinin
özbaşınalıqlarından gileylənirlər
tələbələr bildirirlər ki, Bakı Biznes və Koopersaiya Kolecinin
rəhbərliyi imtahanlarda onlara əməlli başlı “haqq” qoyub. Belə ki,
kollecdə tələbələrin savadı və biliyi qətiyyən nəzərə alınmır və hər bir
tələbə imtahanlardan yaxşı qiymət almaq üçün mütləq 300 manat
verməlidirlər. Hətta bəzi fakultələrdə imtahanların və smesterin qiyməti
400 manata qədər yüksəldilib.
“Azərittifaq”ın tərkibində fəaliyyət göstərən Bakı Biznes və Kooperasiya
Kollecində 1500 yaxın tələbə İnformastika müəllimliyi, Mühasibat uçotu,
Maliyyə işi, Vergi və vergitutma, Gömrük işi, Marketinq, Bələdiyyə
Təsərürfatının təşkili, Kommersiya, Komputer şəbəkələrinin hesablama
texnikasının təmiri və servis xidməti, Əmtəəşünaslıq və istehsak
Mallarının ekspertizası, Mehmanxana-Turist və Sanatoriya- Kurort
Komplekslərində iaşə və servis xidmətləri ixtisasları yzrə təhsil alır.
Kollecdə 4 Mühasibat Uçotu və maliyyə işi, Biznes və idarəetmə,
İnformatika şöbələri var və 120 dən çox müəllim işləyir. Həmçinin qiyabi
şöbədədə 12 ixtisas hazırlanır və 400-dən çox tələbə burda təhsil
alır.
qeyd olunur ki, kollecdə imtahanlarda tələbələrdən hesabı şöbə
müdirlərinin vasitəçiliyi ilə direktorun 72 yaşlı tədris işlər üzrə
müavini Tarıyel Əliyev və 1-ci müavin Vaqif Mahmudov həyata keçirir.
dərsdə olmadıqlarına görə tədris işlər üzrə müavinin köməkçilərinə 1
gün üçün 4 manat pul verdiklərini və lazım olanda bu “qiymətlə” aylığa
çıxmağında mükün olduğunu bildirirlər.
məktubunu yazan tələbələrin iddiasına görə Bakı Biznes və Kooperasiya
Kollecində qəsdən elə bir “ab-hava” yaradıblarki, guya təhsil
müəsiəssində baş verən özbaşınalıqlardan direktor Fatima Quliyevanın
xəbəri yoxdur. Halbuki 4 ilə yaxındır direktor vəzifəsini daşıyan
Fatimə Quliyeva kolecdə baş verən hadisələrdən yetərincə xəbərdardır.
Amma direktorun 1-ci müavini Vaqif Mahmudovla, tədri işlər üzrə müavin
Tarıyel Əliyevin kolleci istədikləri kimi idarə etmələri onların
“Azərittifaq” da və Təhsil nazirliyində güclü dayaqlarının olduğundan
xəbər verir.
qeyd edirlər ki, imtahanlarda, semestirlərdə, dövlət imtahnlarında
yığılan hesablardan həm direktor Fatima Quliyevaya, həm “Azərittifaq”da,
həmdə Təhsil Nazirliyində müəyyən şəxslərə “pay” verilir.
başqa qiyabi şöbənin dərsləri və imtahanları da biabırçılıq
həddindədir. Çünki heç kəsdən çəkinməyən rəhbərlik qiyabi şöbədə
tələbələrdən istisnasız 350 manat tələb edirlər. Hətta şöbədə təhsil
alan 400 tələbənin bir hissəsi şöbə müdiri Zakir Məmmədovun “hesabı”nı
verərək ümumuiyyətlə semester dövrlərində belə dərslərə gəlmirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=8647