Hitler 1956-cı ilədək sağmış?

20.06.2014 - 13:30

Xəbəriniz
varmı ki, II Dünya müharibəsində qalib gələn müttəfiq ölkələr uzun
müddət Adolf Hitleri axtarıblar. Yəni, rəsmi olaraq onun ölümü yalnız
1966-cı ildə təsdiqlənib. Bu müddət ərzində isə Almaniyanın bütün
şəhərlərində divarlara fürerin fotorobotları vurulurdu. Hitlerin zahiri
görkəmini necə dəyişdirə biləcəyini ehtimalını özündə ehtiva edən
şəkillər  hazırlanmışdı.

 

 SİTA-nın məlumatı

 

 

 

1945-ci ilin mayın 1-də gecə vaxtı  Stalini telefon zəngi ilə
oyatdılar. Zəng edən marşal Jukov idi. O xəbər verirdi ki, 8-ci qvardiya
ordusunun komandanı general  V.Çuykovun qərargahına alman
parlamentarisi gəlib. Alman quru qoşunlarının generalı Hans Krebs ellər
atasına ünvanlanmış məktub gətirmişdi. Məktubun içində Göbbelsin
imzaladığı müraciət vardı. Orada Hitlerin intihar etdiyi xəbər
verilirdi. Həmçinin müraciətdə sülhün imzalanması üçün şərtlər
açıqlanırdı.

Jukov xatirələrində yazırdı ki, Stalinin bu xəbərə ilk reaksiyası 
təmkinli olub : “Nəhayət. Heyif ki, əclafı diri ələ keçirə bilmədik”.
Lakin Stalin dərhal Jukovdan fürerin cəsədinin harada olduğunu soruşur.
Marşal cavab verir ki, Krebsin sözlərinə görə, cəsəd tonqalda
yandırılıb.

 

Görünür, Stalin bu xəbərə inanmır. Artıq səhəri gün qəzetlərdə Sovet
İttifaqı Teleqraf Agentliyinin (SİTA – rusca TASS) məlumatı yayılır:
 “Hitlerin ölümü haqda yayılan məlumatlar faşistlərin yeni
dezinformasiyasıdır. Onlar bu yolla onun siyasi səhnədən itməyini
istəyirlər”.

 

SİTA belə bi məlumat yayırdısa, demək, Stalin fürerin ölüm xəbərinə inanmamışdı.

 

 

 

Hopkinsin xahişi

 

1945-ci il mayın 25-də Moskvaya sabiq ABŞ prezidentinin məsləhətçisi
Harri Hopkins gəlir. Səhəri gün Stalin onu öz iqamətgahında qəbul edir.
Görüşdə SSRİ tərəfdən Molotov, ABŞ tərəfdən səfir Harriman iştirak edir.

 

Məlum olur ki, yeni prezident Trumenin, təmsilçisi Harri Hopkinsi
Moskvaya qeyri-rəsmi səfərə göndərməsinin səbəbi Polşanın bölüşdürülməsi
məsələsi ilə bağlı Sovet İttifaqı və ABŞ arasında yaranan gərginliyin
aradan qaldırılmasıdır.  Amma amerikalıları yalnız Polşa məsələsi
narahat etmirdi. Hopkins sözarası deyir ki, Amerika hökuməti rusların
Hitlerin cəsədini tapacaqlarına ümüd edir. Buna cavab olaraq Stalin
bildirir ki, böyük ehtimalla, Hitler ölməyib, haradasa gizlənir. Onun
ölümü, meyitinin yandırılması və s. haqda şayiələr, məlumatlar həqiqətə
oxşamır. Stalin əmin idi ki, Hitler, Göbbels, Borman sağdırlar və
haradasa gizlənməyə nail olublar.

 

Hopkins Stalinlə həmfikir olduğunu deyir və əlavə edir ki, almanların
çoxlu sayda sualtı qayıqları olub. İndi isə onların izi-tozu da
qalmayıb.

 

Stalin cavabında belə deyib: “Bunu bilirəm, almanlar bu qayıqlarla
bütün sərvətləri, qızılları Yaponiyaya daşıyırdılar. Kəşfiyyatımız bu
haqda məlumat verib. Ancaq indi biz də o qayıqların izini tapa bilmirik.
Ola bilsin ki, Hitler və ətrafındakılar elə Yaponiyada gizləniblər”.

 

Ölü hesab edilsin

 

 

 

 

 

Bu görüşdən sonra ABŞ, SSRİ,  Böyük Britaniya kəşfiyyatçıları
Hitlerin axtarışıyla bağlı bütün dünyanı ələk-vələk edirlər. ABŞ məxfi
xidmətinin rəssamı isə Adolf Hitlerin 6 variantda portretini hazırlayır.
Bu şəkillərdə diktatorun zahiri görkəmini dəyişdirəcəyi halda necə
görünəcəyi təsvir olunurdu. Bu şəkillər düz 1956-cı ilədək Almaniya və
Avstriyanın bütün şəhər, qəsəbə, kəndlərində divarlara vurulmuşdu.

 

Amma axtarışlar nəticə vermədi. Nəhayət, 50-ci illərdə SSRİ, Fransa,
ABŞ, İngiltərə Hitlerin öldüyünü təsdiqləyir. Çünki onun sağ qalması
barədə heç bir dəlil yox idi.

Formal olaraq, 1956-cı ildə Almaniyanın Berxtexsqdan şəhər məhkəməsi
(fürerin yay rezidensiyası bu şəhərdə yerləşirdi) 48 şahidin ifadəsindən
sonra Adolf Hitlerin öldüyüı barədə açıqlama verir.

 

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=8649

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31